Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada "omikron"un yeni alt növü müəyyən edilib

Böyük Britaniyanın səlahiyyətli orqanları ölkədə ilkin təhlillərə görə daha da sürətlə yayılan koronavirus "omikron" ştamının "BA.2" adlı yeni alt növünü müəyyən ediblər. Bu barədə cümə günü Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

İndiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir. Qeyd olunur ki, BA.2 ştamına ilk yoluxma 2021-ci il dekabrın 6-da baş verib.

Britaniya hakimiyyətinin məlumatına görə, ümumilikdə bu ştam 40 ölkədə müşahidə olunub və dünyada ona yoluxma hallarının ümumi sayı 8 mini ötüb. Qeyd olunur ki, ştamın mənşəyini müəyyənləşdirmək hələlik mümkün deyil.

"Viruslar təkamülə və mutasiyaya meyllidir, ona görə də biz pandemiya zamanı yeni variantların ortaya çıxacağını gözləyirdik. Davam edən genomik nəzarətimiz onları müəyyən etməyə və onların əhəmiyyət dərəcəsini qiymətləndirməyə imkan verir", - UKHSA-dan bildirib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar