Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada 200 yeniyetmə miqrant yoxa çıxıb…

Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan miqrantların itdiyini etiraf edib…

PİA.az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat verib.

Yanvarın 23-də Böyük Britaniya Daxili İşlər Nazirliyinin nəzarətində olan otellərdə yerləşdirilən iki yüz yetkinlik yaşına çatmayan miqrant itkin düşüb. The Guardian qəzeti bildirir ki, bunu Britniyanın kiçik daxili işlər naziri Simon Murray etiraf edib.

Mürrey Lordlar Palatasına bildirib ki, itkin düşənlər arasında bir qız və ən azı 16 yaşdan kiçik 13 uşaq var.

Açıqlama The Observer nəşrinin Braytondakı “Home Office” otelindən bir mənbənin otelin yaxınlığındakı küçədən bir neçə uşağın qaçırıldığını iddia etməsindən sonra gəlib.

Liberal Demokrat Pol Skrivenin sualına cavab olaraq Lord Murray 2021-ci ilin iyul ayından bəri toplanan rəqəmləri açıqlayıb: “Daxili İşlər Nazirliyinin bu otellərdə müşayiət olunmayan sığınacaq axtaran uşaqları saxlamaq səlahiyyəti yoxdur və biz bəzilərinin itkin düşdüyünü bilirik. Sonradan itkin düşənlərin çoxu axtarılır”, deyə o, bildirib.

O, 2021-ci ildən bəri itən 200 uşağın 176-nın alban əsilli olduğunu və hökumətin mümkün qədər tez uşaqlar üçün otellərdən istifadəni mərhələli şəkildə dayandırmağa ümid etdiyini bildirib.

Britaniya höküməti müşayiət olunmayan uşaq sığınacaq axtaranlar üçün Braytondakı bir otel də daxil olmaqla altı “Home Office” otelindən istifadə edir.

Bildirlir ki, QHT-lər dəfələrlə uşaqların yaşayış yerindən itməsi ilə bağlı narahatlıqlarını ifadə edib və onların təhlükəsizliyinin təmin edilməsində Daxili İşlər Nazirliyinə köməklik təklif ediblər, lakin bu təkliflər hökumət tərəfindən rədd edilib.

Daha sonra, Uşaq Müvəkkili Rachel de Souza daxili işlər naziri Suella Bravermana məktub yazıb və itkin düşən uşaqlarla bağlı bütün protokollara, o cümlədən ciddi insidentlər barədə səlahiyyətlilərə məlumat verildiyinə dair əminlik istəyib.

“Mən arxayın olmaq istədim ki, bu yeniyetmələrə gəldikləri andan onlara lazımi qayğı və müdafiə verilir, o cümlədən uşaqlarla nə baş verdiyini başa düşmək üçün Kentdəki bu otellərə və qəbullara baş çəkdim”, deyə Souza bildirib.

Daxili İşlər Nazirliyi mənbələri qurumun otellərindən müşayiət olunmayan uşaqların qaçırılması ilə bağlı iddiaların doğru olmadığını, onların yaşayış yerini tərk etməkdə sərbəst olduqlarını bildiriblər.

Bununla belə, məlumat verən şəxs Kent ştatının Hythe şəhərindəki başqa bir “Home Office” otelindən uşaqların həqiqətən satıldığının şahidi olduğunu iddia edib və bildirib ki, bu sığınacaqlara daxil olan uşaqların təxminən 10%-i hər həftə yoxa çıxır.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar