Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Ordu Muzeyi ingilislərin Bakıda ermənilərlə təlim-döyüş fotolarını yaydı...

“Tarix təkrarlana bilər... Odur ki, öncə Allaha, sonra da xalqımıza, dövlətimizə, ordumuza və səmimi qardaş və dostlarımıza güvənməliyik...”

Böyük Britaniyanın aparıcı Milli Ordu Muzeyi(National Army Museum) ingilis qoşun birləşmələrinin 1918 -ci ildə ermənilərlə birgə Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı Türkiyəsinin  təşkil etdiyi Qafqaz İslam Ordusuna qarşı təlim və döyüşlərini əks etdirən  arxiv foto-şəkillərini paylaşıb.
 
PİA.az bəhs edilən muzeyin rəsmi saytına istinadla həmin fotoları təqdim edir(bax://www.nam.ac.uk/explore/dunsterforce-caucasus) :

1) Bakıda Britaniya zabitləri ermənilərə təlim keçir, avqust 1918.

2) Bakıda erməni qoşunları, avqust 1918.


3) İngilis zabiti ermənilərlə, Bakı, avqust 1918.


4) Erməni haubitsası, Bakı yaxınlığındakı Azərbaycan-türk mövqelərini atəşə tutur, sentyabr 1918.


5) İngilis artilleriya zabiti, ermənilərlə birlikdə ön müşahidə məntəqəsində, Bakı, sentyabr 1918.


6) General -mayor Lionel Denstervil, Bakıdan təxliyə edilməzdən qısa müddət əvvəl, ingilis və erməni kadr zabitləri ilə, sentyabr 1918.
 
Zəruri xatırlatma: 
 
Bütün bunlar Azərbaycanın, türk-müsəlman dünyasının tarixinə aiddir.  Bu gün – Böyük Britaniya öz geo-iqtisadi, geo-siyasi maraqlarına, qlobal hiper layihələrinə görə Türkiyə və Azərbaycanı dəstəkləyir. Və ən başlıcas,ı rəsmi London 44 günlük savaşda da uğur qazanmağımızda açıq və gizli dəstəkləri ilə xeyli rol oynadı. Çox yaxşı, sükanı belə saxlamağa çalışaq... Amma tarixə də baxaq və bilək ki, 200 ildir bizimlə “yaxın qonşu”, “böyük qardaş” “strateji müttəfiq” olan Rusiya imperiyası kimi, zahirən dağılsa da, batinən dünyanın əksər hissəsində öz siyasi, iqtisadi gücünü, nüfuzunu saxlayan Böyük Britaniya imperiyasına da,eləcə də ABŞ-a və s. etibar yoxdur. Çünki xüsusən ingilislər üçün siyasətdə daimi dost yoxdur, daimi maraqlar var...
 
Tarix təkrarlana bilər... Odur ki, öncə Allaha, sonra da xalqımıza, dövlətimizə, ordumuza və səmimi qardaş və dostlarımıza güvənməliyik... (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar