Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Braziliya millisinin futbolçuları arasında virus yayılıb

Braziliya milli futbol komandasının həkimləri komandada virus yayılmasından şübhələnirlər.

Mənbənin sözlərinə görə, son günlər bir neçə futbolçu məşqi buraxmalı olub. Belə ki, ilk olaraq “Mançester Yunayted”in hücumçusu Antoni nasazlayıb. Onda qripə bənzər simptomlar və qusma müşahidə olunub. Daha sonra “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa və “Liverpul”un qapıçısı Alisson xəstələnib.

Eyni zamanda, futbolçular DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun İsveçrə ilə oyununda oynamağa hazır olduqlarını bildiriblər, lakin baş məşqçi Tite oyun üçün heyəti hələ müəyyənləşdirməyib.

Xatırladaq ki, Neymar və Danila da zədə səbəbindən qarşıdakı oyunu buraxacaqlar.

Braziliya və İsveçrə yığmaları arasında görüş noyabrın 28-də, Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Birinci turun matçında braziliyalılar Serbiya millisini (2:0), isveçrəlilər isə Kamerunu (1:0) məğlub ediblər.

Xatırladaq ki, dünya çempionatı Qətərdə noyabrın 20-də başlayıb və 2022-ci il dekabrın 18-dək davam edəcək. Turnir beş şəhərin səkkiz stadionunda keçirilir. Final qarşılaşması “Milli Stadion”da baş tutacaq. (oxu.az)

pia.az 


Etiket: Virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar