Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Boz Bakı” başlıqlı fotolara nazirlikdən reaksiya

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər sosial şəbəkələrdə geniş yayılan və “Boz Bakı”, “Ağacsız Bakı” başlığı ilə paylaşılan foto haqda açıqlama verib.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, səmadan çəkiliş xüsusi vasitələrlə təyyarədən çəkilirsə, yaxud kosmik çəkilişdən söhbət gedirsə, bu zaman əvvəlki görüntülərlə müqayisə edilməlidir: “Biz bəzən görürük ki, Dağüstü parkdan bir şəkil çəkilir və Bakı haqda fikirlər bildirilir. Bakı təkcə mərkəzi hissədən ibarət deyil. Bakının Sabunçu, Suraxanı, Pirallahı rayonları tamamilə neftlə çirklənmiş ərazilər idi, heç bir park yox idi. Paytaxtın yaşıllığı haqqında danışdıqda kompleks yanaşmaq lazımdır.

Abşeron yarımadasında yerləşdiyindən Bakının torpağı çox da münbit deyil. Paytaxtda yaşıllıq çox çətinliklə bitir və buna görə də biz hər bir ağac uğrunda mübarizə aparırıq. Bakıda ağacların kütləvi kəsildiyini iddia etmək də düzgün deyil. Biz ötən il çoxlu sayda qeydiyyat aparmışıq, hüquq-mühafizə orqanlarına müraciət etmişik, 147 akt tərtib edilib. Hər birində 1,3 yaxud 5 ağacın kəsilməsindən söhbət gedir. Amma yüzminlərlə ağac əkilir. Təkcə “Nəsimi ili” çərçivəsində ölkədə 650 min ağac əkilmişdi, onların 80 mini Bakıda idi. Əkilən ağacların yetişmə faizinə də baxdıqda Bakıda yaşıllığın azalmasını deyə bilmərik.

1960-cı illərdə Bakının cəmi 1,5 faizi yaşıllıq idi. Ümumilli lider hakimiyyətə gəldikdən sonra 15 il ərzində yaşıllıq 8-10 faizə çatdı. Hazırda da bu artım dinamikası davam edir. Bir məsələni də xüsusi qeyd edim ki, yaşıllıqların uçotu qanunvericiliyə görə yerli icra hakimiyyəti orqanları tərəfindən aparılmalıdır və müvafiq orqanlara təqdim edilməlidir. Çox təəssüf ki, bu iş aparılmır”. (Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar