Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı - Foto

Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Azercell Hackathon 2022" yarışması 25 yanvar tarixində başa çatıb. “Hackathon”da müxtəlif bacarıqlara malik, innovativ düşüncəli və potensiallı gənclər təqdim edilən texnoloji tapşırıqların ən uğurlu həllinin tapılması istiqamətində yarışıblar. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan “Azercell Telekom” müsabiqə vasitəsilə proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaradır.

22-23 yanvar tarixlərində keçirilən “Azercell Hackathon 2022” müsabiqəsində 36 nəfərdən ibarət 12 komanda iştirak edib. Tədbirin açılışından sonra komandalar onlara verilən tapşırıqlar üzərində işləməyə başlayıblar. “Hackathon”boyunca iştirakçılara “Azercell”in peşəkar İnformasiya Texnologiyaları və İnsan Kapitalı komandaları dəstək olub.

Qeyd edək ki, bu yarışmada iştirak üçün 30-dan çox komanda müraciət edib, ilkin mərhələdə onlardan 12-si seçimdən uğurla keçərək müsabiqəyə vəsiqə qazanıb. 23 yanvar tarixində müsabiqəyə ayrılan vaxtın sonunda iştirakçılar tapşırıqlara uyğun hazırladıqları texnoloji həlli təqdim ediblər.

Yarışmanın yekun mərhələsi yanvarın 25-də ADA Universitetində baş tutub. Final zamanı iştirakçı komandalar yekun təqdimatları ilə münsiflər qarşısında çıxış ediblər. Tapşırıqları tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunublar.

Nəticələrə əsasən “Azercell Hackathon 2022” yarışmasında 1-ci yerə “Enigma”, 2-ci yerə “Fayda”, 3-cü yeriə isə “Code Geass” komandası layiq görülüb. Qaliblərə tutduqları yerlərə müvafiq olaraq 3000 AZN, 1500 AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.

Mükafatlandırma tədbirində təşkilati dəstəyi ADA Universiteti göstərib.

Azercell Telekom “MMC qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. Şirkət gənclərin elmə, təhsilə, innovativ yanaşmaya, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə hər zaman xüsusi önəm verir və bu istiqamətdə təşəbbüs və layihələri davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib.

Hazırda 5 milyondan çox abunəçi “Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73 % təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell” Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi BakıAbşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. “Azercell”in məqsədi : “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar