Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniyanın səfiri Ceyms Şarp – “Bu gün Bakı şəhərinin küçələri öz təmizliyi ilə seçilir

“Artıq üç ildir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə paytaxtımızda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunmasının müasir səviyyədə təşkili ilə bağlı layihəni uğurla həyata keçirir”.

Bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.

Aparat rəhbərinin sözlərinə görə əvvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihə daha sonra mərhələli şəkildə daha 3 paytaxt rayonunda – Nizami, Nəsimi və Yasamal rayonlarını da əhatə edib. Sakinlərlə aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində layihənin tətbiq edildiyi 4 rayonda müsbət nəticələr əldə edilib. Əldə edilən nailiyyətlər paytaxtın digər rayonlarının da mərhələli şəkildə bu layihəyə qoşulmasına imkanlar yaradır. Qeyd ounmalıdır ki, ilk günlərdən layihənin icrası Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Əvvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihə daha sonra mərhələli şəkildə daha 3 paytaxt rayonunda – Nizami, Nəsimi və Yasamal rayonlarını da əhatə edib. Sakinlərlə aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində layihənin tətbiq edildiyi 4 rayonda müsbət nəticələr əldə edilib. Əldə edilən nailiyyətlər paytaxtın digər rayonlarının da mərhələli şəkildə bu layihəyə qoşulmasına imkanlar yaradır.

Qeyd edək ki, ilk günlərdən layihənin icrası Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Bundan əlavə, “Mott MacDonald” şirkətinin rəhbərliyi və nümayəndələri xüsusi yaradılmış BŞİH-nin bərk məişət tullantılarının idarə edilməsi üzrə Monitorinq Mərkəzində tullantıların kompozisiya tərkibinin və çeşidləmə səviyyəsinin yoxlanılmasına nəzarət edirlər.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzinə gələrək birgə layihənin həyata keçirilməsi ilə bağlı görülən işlərlə yaxından tanış olub. Səfirə layihənin tətbiqi və qazanılan uğurlar barədə ətraflı məlumat verilib.
Tanışlıqdan sonra səfir Ceyms Şarp bildirmişdir ki “Bu gün Bakı şəhərinin küçələri təmizliyi ilə seçilir. Bakı Şəhəri İcra Hakimiyyətinin Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə həyata keçirdiyi tullantıların idarə edilməsi layihəsinin uğurlu icrasını görməkdən çox məmnunam. Tullantıların idarə edilməsi və təkrar emalı iqlim dəyişiklikləri ilə mübarizə üçün olduqca önəmlidir və mən hər kəsi bu prosesdə iştirak etməyə çağırıram”.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar