Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Böyük Britaniya hədəfdədir

Böyük Britaniyanın əks-kəşfiyyatı xidməti həyəcan təbili çalıb. Çin kəşfiyyatı Böyük Britaniya parlamentinə qədər sirayət etməyə müvəffəq olub. “BBC” kanalının məlumatına görə, Çinin təsir agentləri Böyük Britaniyanın parlament üzvləriylə sıx təmaslar qurmağa çalışırlar. Pekin təsir agentləri vasitəsilə Böyük Britaniya parlamentinin Çinin əleyhinə verilən qərarların durdurlmasını istəyir.

Böyük Britaniya kəşfiyyatının deputatlara göndərdiyi məlumatına görə Kristin Kuq Lu adlı Çin mənşəli vəkil Pekindən aldığı təlimatlar əsasında Böyük Britaniyanın müxtəlif parlament üzvləriylə Çini narahat edən mövzuları müzakirə edib.

Hər bir deputatın başlıca məqsədi növbəti seçkidə yenidən qələbə qazanıb parlament üzvü olmaqdır. Seçki kampaniyası üçün isə maliyyə lazımdır. Çin mənşəli vəkil razılığa gəldiyi deputata maliyyə dəstəyi vədi verirdi. Pullar Çindən göndərilməliydi. Vəkilə ayrılan pul şübhə doğurmamaq üçün Honkonqdakı banklardan köçürülməli idi.

Böyük Britaniya əks-kəşfiyyatı deputatları xəbərdar edib ki, kim Kristin Kuq Lu adlı vəkillə əlaqə qurub ondan maliyyə alacaqsa bu halda Kommunist Çinin maraqlarına xidmət etmiş olacaq. Məsələdən xəbərdar olan Mühafizəkarlar Partiyasının keçmiş lideri və deputat Dankan Smit Çin mənşəli vəkili Böyük Britaniyadan deportasiya edilməsini tələb edib. Bu tələbi deputat və Böyük Britaniyanın müdafiə nazirinin keçmiş müavini Tobayas Ellvud da dəstəkləyib. Onun sözlərinə görə, Pekindən nə istəsən gözləmək olar: “Çin kəşfiyyatının Böyük Britaniya parlamentinə qədər uzanması hökuməti narahat etməlidir”.

Böyük Britaniya kəşfiyyatının son hesabatına görə, Çin kəşfiyyatı Rusiya kəşfiyyatını üstələməyə başlayıb: “Əvvəllər Böyük Britaniyada belə hallar olmazdı. İndi isə Çin kəşfiyyatı evimizin içinə daxil olmağa çalışır. Təsir agentlərini həbs etmək mümkün deyil. Çünki onlar lobbiçiliklə məşğuldurlar. Bu cinayət olmasa da, Çinin maraqlarını təmin etmək Böyük Britaniyanın təhlükəsizlik maraqlarına ziddir. Ona görə təsir agentlərini ölkədən deportasiya etmək lazımdır”.

Çin mənşəli vəkil Böyük Britaniya parlamentində müxtəlif istiqamətlərdə çalışırmış. Onun vəzifələrindən biri də iki ölkə arasında parlamentlərarası qrupun işini gücləndirmək olub. Qrupun Böyük Britaniyadan olan üzvlərinin Çinə səfərləri təşkil olunmalıydı. Vəkilin tələsinə düşənlər olub. Misal üçün Leyboristlər Partiyasının üzvü Barri Qardiner 5 il ərzində vəkildən 420 min funt sterlinq alıb. Başqaları da pulları alıblar. Ancaq vəkildən pullar alananlar maliyyə vəsaitlərini müxtəli təşkilatlara keçirdiklərini bildiriblər.

İngilis siyasətçilərin söylədiklərini yoxlamaq çətindir. Ancaq Çin mənşəli vəkli faş edildikdən sonra çətin ki, Böyük Britaniyada kimsə onunla müzakirə aparıb maliyyə dəstəyi alsın.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

"Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Britaniya kəşfiyyatı: “Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb”

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır"

Ən çox oxunanalar