Şənbə, 10 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA-nın sahibkarlarla yeni oyunu - Vüsal Kərimov obyekt sahiblərindən aylıq yığır? 

BNA əməlini necə əsaslandırır? Həqiqətənmi ürəyi istədiyi vaxt istədiyi yerə istədiyi nişanı yapışdıra bilər?..

Paytaxtın bir çox hissəsində, xüsusən də, restoran və ticarət obyektlərinin tam qarşısında bir nişan qoyulur, dayanma və durma qadağandır. Bu nişan 100 metr arxada və ya irəlidə də qoyula bilərdi. Bəs niyə məhz obyektlərin qarşısında quraşdırılır?

Bakıda qarşısında “dayanma-durma qadağandır” nişanı qoyulan belə obyektlər kifayət qədərdir. Amma heç də hamısına qoyulmur. Məsələn, eyni yolda 3 restoran varsa, birinin qarşısında avtomobillərin dayanması qadağan edilir, ikisinin qarşısında isə sərbəstlik verilir. Nəticədə isə avtomobilini saxlamağa yer tapa bilməyən müştərilər qadağa işarəsi qoyulan obyetdən uzaq qaçırlar. Məsələn, bu ərazidə bir obyektin qarşısında qadağa nişanı olsa da, digərlərində heç bir nişan qoyulmayıb.

Bəs bu mənzərə Bakı Nəqliyyat Agentliyinin ikitirəli yanaşmasından, səlahiyyətlərindən istifadə edib qanunların ağzını öz istədiyi formada əyməsindən xəbər vermirmi?

BNA əməlini necə əsaslandırır? Həqiqətənmi ürəyi istədiyi vaxt istədiyi yerə istədiyi nişanı yapışdıra bilər?

BNA-nın mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyir ki, nişanın yerinin müəyyən olunmasının hər hansı obyektlə əlaqəsi yoxdur: “Nəqliyyat vasitələrinin xaotik vəziyyəti müşayiət olunduğundan, sizin də qeyd etdiyiniz ərazidə də müvafiq yol nişanı quraşdırılmışdır. Və bu ərazidə quraşdırılan nişanın da hər hansı obyektlə bağlılıq məsələsi nəzərdən keçirilməyib. Küçə parklanma yerlərinin istifadəsi ilə bağlı tariflərin müəyyən olunmasına gəlincə, BNA kompleks təkliflər paketini hazırlayaraq təsdiq olunması üçün hökumətə təqdim edib. Sənədin nə zaman təsdiq olunması isə BNA-dan asılı olan məsələ deyil”.

Ekspert Elməddin Muradlı isə deyilənlərlə qətiyyən razılaşmır. Onun sözlərinə görə, bu nişanların qoyulmasının tamam başqa səbəbi var: “Bəzən bəzi obyektlərdən müraciətlər gəlir ki, Bakı Nəqliyyat Agentliyindən gəlib aylıq istəyirlər. Aylığı da verməyəndə gətirib dayanma və durma qadağandır nişanı quraşdırırlar. Soruşanda kimsən? Deyirlər ki, nəqliyyatdır. Hansı nəqliyyatdır? Bilmirsən, Bakı Nəqliyyat Agentliyidir, bilmirsən Nəqliyyat Nazirliyidir. Nəqliyyat Nazirliyi, ümumiyyətlə, Bakı şəhərinə baxmır. Qalır BNA. O da deyir ki, mənlik deyil. Əgər qadağa varsa, bu hamıya aid olmalıdır. Yoxsa obyektin qarşısında qadağa nişanı qoyulur, sonrakı yerlərdə yoxdur. Bunun səbəbləri araşdırılmalıdır, hərəkətin təşkili ilə bağlı oyuncaq davranışlar nümayiş etdirmək olmaz. İstər yol polisi tərəfindən, istərsə də BNA tərəfindən bu məsələlər təhlil olunub, araşdırılmalıdır”.

Elməddin Muradlı deyir ki, bu cür hallarla bağlı çoxsaylı şikayətlər var. Şikayətləri araşdırdıqda isə məlum olur ki, Bakı Nəqliyyat Agentliyi səlahiyyətlərindən süi-istifadə edir. Ekspert tövsiyə edir ki, Agentliyin bu cür davranışlarından əziyyət çəkən obyekt sahibləri vaxt itirmədən məhkəməyə müraciət etməlidirlər. (apa tv)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kamran Əliyev Nazim Zeynalovu vəzifəsindən azad etdi

Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə cərimə

DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib - Foto

İranlı sünni din xadimi qaçırılaraq öldürüldü

Məsud Özildən Ronaldo barədə qalmaqallı paylaşım

Goranboyda Mərkəzi Xəstəxananın rəhbəri vətəndaşı vurub - Video

Çuxçe ölkəsinin qızı: Kim Çen Inın “qiymətli övladı” haqqında nə məlumdur…

Bakıda hərbi xidmətdəki oğlu ilə telefonla danışan qadını keçmiş əri öldürdü - Təfərrüat

"Çamadanla yolun qırağında qalmışdın” - Rəqsanə ilə Damla arasında qalmaqal

Ən çox oxunanalar