Cümə axşamı, 17 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı iclası keçirilir

BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı iclası keçirilir.

PİA.az-ın xəbərinə görə, virtual formatda keçiriləın iclasda çıxış edən BMT baş katibi Antonio Quterreş bildirib ki, Qəzza və İsrail arasında yaranmış bu gərginlik son illərdə meydana çıxmış ən ciddi toqquşmadır.

BMT baş katibi qeyd edib ki, bu gərginlik insan tələfatına və dağıntılara səbəb olur və nəticə etibarilə sülh içində birgə yaşayıla bağlı ümidlər məhv olur.

"Döyüş dərhal dayandırılmalıdır. Tərəflər bir-birini bombardman etməyi, bir-birinə raket atmağı dayandırmalıdır. Mən bütün tərəflərə bu çağırışı eşitmələriüçün müraciət edirəm.Bu zərbələr çoxsaylı insan tələfatına, böyük miqyaslı dağıntılara və həyati əhəmiyyətli infrastrukturun dağıdılmasına səbəb olur.

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində artmaqda olan ölən mülki vətəndaşların, qadınların, uşaqların sayından dəhşətə gəlirəm. Həmçinin Qəzzadan atılan raketlər nəticəsində mülki vətəndaşların, uşaqların ölümünə kədərlənirəm.İsrail polis qüvvələri ilə fələstinlilər arasında Qüds də daxil olmaqla İordan çayının Qərb sahilində yaşanan toqquşmalardan dərin narahatlıq keçirirəm.Hər iki tərəf gərginlik yardan ritorikadan çəkinməlidir, onların bununla bağlı məsuliyyəti var", - deyə Antonio Quterreş vurğulayıb.

BMT baş katibi bildirib ki, bu vəziyyət hər iki cəmiyyət üçün və ümumilikdə region üçün ağır nəticələrə gətirib çıxara bilər. "Bu humanitar böhranı daha da ağırlaşdıra və ekstremizmi gücləndirə bilər.BMT davamlı sülhün və sabitliyin əldə olunması ilə bağlıfəaliyyətinə sadiqdir və bunun üçün çalışır".

A. Quterreş vurğulayıb ki, münaqişənin yeganə həlli iki dövlət prinsipi əsasında həllinəəsaslanır və tərəflər bununla bağlı danışıqlara dönməlidir:"Razılaşdırılmış siyasi həll yolu bu şiddətin təkrarlanmasının qarşısını alacaq".(APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

DSX: Laçında iki hərbi qulluqçumuz vəfat edib - Yenilənib, Foto, Video

Bayden Putinə günəş eynəyi, Putin isə ona "xoxloma" hədiyyə edib

Van Damm azərbaycanlı gəlini ilə belə rəqs etdi - Video

Əliyevlərdən Ərdoğanlara hədiyyə - Fotolar, Video

Vandamın oğlu azərbaycanlı qızlaevləndi - Foto

Həbs edilən gömrükçünün general Kənan Məmmədovla yazışması çıxarılıb – İstintaq…

Bakıda çimərlikdə kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb

Azərbaycanı narahat edən məsələlər Rusiya Şurasında gündəmə gətirildi

Ən çox oxunanalar