Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: “Taliban” Əfqanıstan əyalətlərinin mərkəzlərinə hücuma hazırlaşır

"Taliban" hərəkatının qiyamçıları maydan başlayan hücum əməliyyatında Əfqanıstanın onlarla rayonunu nəzarət altına alıblar və ehtimal ki, bir sıra əyalətlərin paytaxtlarının tutulması üzrə əməliyyatlar hazırlayır.

“Report” “EFE” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Debora Layons deyib.

O, BMT Təhlükəsizlik Şurasında bildirib ki, maydan başlayan intensiv hücum əməliyyatı nəticəsində Əfqanıstanda 50-dən çox rayon “taliblər”in nəzarəti altına düşüb.

BMT rəsmisi bir çox hallarda bu rayonların vilayət inzibati mərkəzlərinin yaxınlığında yerləşən ərazilər olduğunu qeyd edib. "Bu, “Taliban”ın xarici qoşunların geri çəkilməsi başa çatdıqdan sonra həmin inzibati mərkəzləri ələ keçirməyə çalışmaq üçün mövqelər tutduğunu göstərir", - Debora Layons deyib.

Layons dünya ictimaiyyətini “taliblər”ə onların Əfqanıstan hakimiyyəti ilə problemlərin həllini döyüş meydanında deyil, danışıqlarda axtarmaları üçün təsir göstərməyə çağırıb.

Əfqanıstanın 34 əyaləti 400 rayona bölünür.

Daha əvvəl "Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın şimalındakı Balx və Samanqan əyalətlərində iki rayon üzərində nəzarəti ələ keçiriblər.

Əfqanıstanda sülhün qurulması üzrə səylərə baxmayaraq, ölkədə zorakılıq halları səngimir. Ölkə hakimiyyəti hesab edir ki, zorakılıq və qeyri-sabit vəziyyət xarici kontingentin çıxarılması prosesinin başlanmasından sonra güclənib.

BMT-nin bundan əvvəlki məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar