Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Rusiya 50 ildə qurduğunu 50 həftəyə gerigəlməz şəkildə dağıtdı…

Rusiya Avropada enerji bazarının qurulmasına təxminən 50 il sərf edib. Kreml onu 50 həftədən az müddətdə məhv etdi. Bu bazaar əvəzedici tapmaq isə demək olar ki, mümkün olmayacaq…

PİA.az xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

Rusiya öz xam nefti üçün əsasən Hindistanda nisbətən alternativ bazarlar tapsa da, neft məhsulları və təbii qaz ixracaatını yeni bazarlara keçirməsi illər çəkəcək və bu heç də Moskvaya ucuza başa gəlməyəcək. Hətta belə bir bazar yaratsa belə, dünyanın yeraltı enerji vasitələrindən imtina etməsi dönəminə girdiyi bir vaxtda əhəmiyyətsiz ola bilər.

Bloomberg yazır ki, gündə təxminən 2,5 milyon barel xam neft və 1 milyon barrel neft məhsulları, o cümlədən ildə 155 milyard kubmetr təbii qaz istehlak edən Avropa bazarı Rusiya üçün praktiki olaraq yoxa çıxıb.

2017-ci ilə qədər Rusiya Yamal yarımadasında qaz ehtiyatlarının işlənməsinə 100 milyard dollar sərmayə qoymuşdu ki, onların böyük hissəsi Avropaya boru kəmərləri ilə, o cümlədən Baltik dənizinin dibi boyunca çəkilmiş və Rusiyanı Almaniya ilə birləşdirən kəmərlərlə bağlıdır.

2025-ci ilə qədər bu rəqəmin iki dəfə artacağı gözlənilir və indi bu investisiyaların çoxu özünü doğrultmur.

“Sibirin gücü” qaz kəməri artıq Çinə yanacaq çatdırır. Lakin bu qaz əvvəllər Avropanı təmin edən, lakin artıq tələbat olmayan Yamal yataqlarından 1300 mil şərqdə və 600 mil cənubda yerləşən yeni yataqlardan gəlir. Rusiyanın dövlət qaz nəhəngi “Qazprom” öz hesabatlarında “Sibirin Gücü” və onun səmt qaz yataqlarının rəsmi dəyərini 55 milyard dollar dəyərində qiymətləndirib. Müstəqil qiymətləndirmə bu rəqəmin demək olar ki, iki dəfə çox olduğunu göstərir.

Bloomberg qeyd edir ki, Avropaya çəkilən kəmərlərə qoyulan sərmayə kimi, “Sibirin Gücü”nə qoyulan sərmayə də heç vaxt geri qayıtmayacaq.

Agentlik vurğulayır ki, hətta gec və ya tez, müharibə başa çatdıqdan sonra Rusiya Avropa ilə enerji əlaqələrini yenidən bərpa edə bilsə belə, çətin ki, Aİ ölkələri bir il əvvəl olduğu kimi öz iqtisadiyyatlarını Rusiya qazından asılı etsinlər və buna ehtiyac duysunlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar