Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinkenin Yaxın Şərqə səfəri fonunda İordan çayının qərb sahilində zorakılıq davam edir…

İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində daha bir fələstinlini gülləyiblər…

İsrail qüvvələri ABŞ dövlət katibi Entoni Blinkenin yanvarın 30-da bölgəyə səfəri fonunda zorakılıq artmaqda davam edir. Son məlumatlara görə, İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində daha bir fələstinlini güllələyərək öldürüblər.

PİA.az xəbər verir ki, bu barədə Los Angeles Times qəzetinin məlumatında deyilir.

Qeyd edilir ki, İsrail hərbçiləri insidentlə bağlı açıqlama verməyib. Fələstin Səhiyyə Nazirliyi 26 yaşlı Nassim Abu Fudanın, İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmaların mərkəzi olan Hebronda güllələndiyini bildirib.

İsrail-Fələstin qarşıdurmasında zorakılıq son günlər kəskin şəkildə artıb. Bir neçə gün əvvəl İsrail ordusunun İordan çayının qərb sahilinin Cenin şəhərində müqavimət məntəqəsinə basqın etməsi nəticəsində əksəriyyəti yaraqlılar olmaqla 10 nəfər həlak olub. Buna cavab olaraq fələstinlilər Şərqi Qüdsdəki yəhudi yaşayış məntəqəsini atəşə tutublar və nəticədə yeddi israilli həyatını itirib.

Zorakılıq sonrakı günlərdə də davam edib və bu da İsrailin fələstinlilərə qarşı bir sıra cəza aksiyaları həyata keçirməyə sövq edib. Bütün bunlar Blinkenin Yaxın Şərq regionuna səfərə getdiyi bir vaxta təsadüf edib.

Münaqişə, 2022-ci ilin yazında fələstinlilərin israillilərə qarşı 19 nəfərin ölümünə səbəb olan hücumlarından sonra İsrailin İordan çayının qərb sahilində aylarla davam edən reydlərindən sonra kəskinləşib.

İsrailin insan haqları qrupu “Betselem”in məlumatına görə 2022-ci ildə İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 150-yə yaxın fələstinli öldürülüb və hesabata görə, həmin ərazilərdə 2004-cü ildən bəri ötən il ən ölümcül il olub.

İlin sonunda daha 10 israilli öldürüldü, bununla da 2022-ci ildə münaqişə nəticəsində İsraildə ölənlərin sayı 29-a yüksəlib.

İsrail öldürülən fələstinlilərin əksəriyyətinin silahlı qruplara aid olduqlarını iddia edir, lakin digərlərinin, o cümlədən hücumlara etiraz edən gənclərin və toqquşmalarda heç iştirak etməyənlərin də öldürüldüyünü etiraf edir.

İsrail bildirir ki, hərbi reydlər yaraqlıların şəbəkələrini məhv etmək və gələcək hücumların qarşısını almaq məqsədi daşıyır, fələstinlilər isə bunu İsrailin 55 illik qeyri-müəyyən işğalını daha da gücləndirmək kimi dəəyərləndirir.

Qeyd edək ki, hazırda ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqdə səfərdədir. O, İsrail və Fələstin rəsmiləri ilə görüş keçirir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar