Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinkenin gözlənilən Kiyev səfəri... - Donbas münaqişəsi canlanır?

Blinken Kiyevə səfəri ABŞ-Rusiya münasibətlərinə Donbas münaqişəsinə necə təsir edəcək?.. 

Politoloq: “ABŞ dövlət katibi Entoni Blinkenin səfəri Donbasa yeni bir canlanma gətirəcək”.

“Münaqişənin həlli istiqamətində atılacaq diplomatik addımlar uğurlu olmayacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ dövlət katibi Entoni Blinkenin Kiyev səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiya arasında Ukrayna böhranı davam edərkən, ABŞ Dövlət katibi Entoni Blinken bu həftə Kiyevə səfər edəcək.

Blinken həftəsonu “CBS” kanalında yayımlanacaq müsahibəsinin ilk yayımlanan hissəsində Ukraynadakı son hadisələri müzakirə etmək üçün bu ölkəyə gedəcəyini təsdiqləyib.

Blinken müsahibəsində “Hazırda Ukrayna sərhədində hərbi yığınağı Rusiyanın (Krımı) işğal etdiyi 2014-cü ildəkindən daha çoxdur. Cənab (Rusiya Prezidenti Vladimir) Putinin hədəflərini bildiyimizi deyə bilmərəm. Onun həyata keçirməyi yaxud keçirməməyi seçim edə biləcəyi müxtəlif mövzular var”, deyib.

Rusiya əsgərlərinin bölgədən çıxma müddətini yaxından izlədiklərini qeyd edən Blinken ABŞ-ın Ukraynaya dəstəyini bir daha təkrarlayıb.

Blinkenin Kiyev səfərini PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri Ukraynaya yüksək səviyyədə dəstəyin ifadəsi və ikitərəfli siyasi hərbi texniki əməkdaşlığın yeni mərhələsi kimi də qiymətləndirmək olar”.

Blinkenin səfəri zamanı Donbas münaqişəsi istiqamətində bundan sonra Kiyevə veriləcək dəstəyin müzakirə ediləcəyini bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, səfərdə ortaq qərarlar da alınacaq:

ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri Ukraynaya yüksək səviyyədə dəstəyin ifadəsi və ikitərəfli siyasi hərbi texniki əməkdaşlığın yeni mərhələsi kimi də qiymətləndirmək olar. Çünki C. Bayden administrasiyasının Kiyevə yüksək səviyyədə rəsmi səfər təşkil edilir. Burada Ukraynanın Rusiyadan müdafiə olunması istiqamətində atılacaq addımlar müzakirə ediləcək və konkret qərarlar qəbul olunacaq.

Təbii ki, burada əsas olan Donbas münaqişəsi istiqamətində bundan sonra Kiyevə veriləcək dəstək müzakirə ediləcək və ortaq qərarlar alınacaq. Məhz Rusiyanın hücum planını ABŞ -ın Ukraynaya sarsılmaz siyasi dəstəyi nəticəsində dayandı. Ona görə də hazırkı prosesdə Kiyevə daha da yüksək səviyyədə dəstək lazımdır.

Məhəmməd Əsədullazadə: “Ukrayna və Rusiya prezidentlərinin də görüşü baş tuta bilər. Görüş ərəfəsində Vaşinqtonun təlimatları Kiyev üçün xüsusi əhəmiyyət kəsb edir”.

Hesab edirəm ki, münaqişənin həlli istiqamətində atılacaq diplomatik addımlar uğurlu olmayacaq. Ukrayna və Rusiya prezidentlərinin də görüşü baş tuta bilər. Düşünürəm ki, görüş ərəfəsində Vaşinqtonun təlimatları Kiyev üçün xüsusi əhəmiyyət kəsb edir. Donbasda münaqişənin alovlanması öz ciddiyətini qoruyur.

Kiyev ərazilərini geri almaqda israrlıdır. Amma, yeni bir siyasi plan lazımdır. Rusiya açıq qarşıdurmaya gedəcəksə, Vaşinqtonda Ukraynanın yanında olacaq. Ona görə də elə bir incə əməliyyat hazırlanır ki, proseslər Ukraynın leyhinə dəyişsin. Ümumiyyətlə bu səfər Donbas münaqişəsinə yeni bir canlanma gətirəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar