Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Rusiyanın Rostov vilayətinin Aksay rayonunda hazırda Azərbaycanda gizləndiyi iddia edilən biznesmen Kərim Babayevə məxsus iri ticarət mərkəzinin aylardır işsiz qalan ticarətçiləri Putindən kömək istəyir.

Virtualaz.org Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, fəaliyyəti dayandırılmış “Almaz” ticarət mərkəzinin ərazisində ötən gün prezident Putinə ünvanlanmış nəhəng bilbord peyda olub. “Bizim problemimizi ancaq V.V.Putin həll edə bilər”,-bilbordda yazılır.

“Bizim müraciətlərimiz Putinə gedib çatmır, hamısını “aşağılar” kənara atır. Ona görə də bu yolla baş verənlərə diqqəti cəlb etməyə çalışırıq. Və növbəti bilbord belə olacaq: “Almaz” 25 ildir işləyirdi, indi niyə bağlandı?” Bəlkə Administrasiyadan kimsə gördü və məsələ ölü nöqtədən tərpəndi”,-işsiz qalmış sahibkarlardan biri deyib.

Kərim Babayev “Rostov vilayətinin Berezovskisi” kimi tanınırdı və Aksay rayonunda “Almaz”, “Atlant”, “Ovoşnoy”, “Stroitelnıy” adlı dörd iri ticarət mərkəzinə, habelə Rostovda bir çox digər aktivlərə malikdir. Bu ilin aprelində Federal Təhlükəsizlik Xidməti Aksay rayonuna 27 ildir başçılıq edən Vitali Borzenkonu, Kərim Babayevin oğlu Eduard Babayevi və onun bazarlarının icraçı direktorunu həbs edib. Kərim Babayev özü vaxtında qaçıb aradan çıxa bilib, onun Azərbaycandakı “nüfuzlu qohumlarının” yanına qaçdığı iddia edilir. Borzenko Babayevlə əlbir olaraq torpaq sahələrini qanunsuz satmaqda, korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.

Bu əməliyyatın ardınca Kərim Babayevin bazarlarına ordu yeridilib və ticarət mərkəzləri bağlanıb. Nəticədə azərbaycanlılar da daxil olmaqla minlərlə sahibkar işsiz qalıb. Sahibkarlar on illərdir işləyən bazarların qəfildən niyə qanunsuz elan edildiyini və bağlandığını anlamadıqlarını deyirlər.

Bazarların fəaliyyətinə müvəqqəti icazə veriləcəyi haqda xəbərlər yayılsa da Rostov vilayəti administrasiyasından bu xəbərləri təkzib ediblər. Bildiriblər ki, sahibkarlara başqa bazarlarda boş yerlər təklif olunur. Amma sahibklar başqa bazarlara üz tutmaq istəmirlər, çünki oralarda alver yaxşı deyil, şərait də yoxdur.

Ötən gün Kərim Babayevin oğlu Eduard Babayev iş üzrə məhkəmədə ifadə vermək istəyib, amma alınmayıb. Məhkəmədə təqsirləndirilən şəxsin ifadə verməsinə şərait yaratmaq barədə vəsadət təmin olunub, Babayev saxlanıldığı təcridxanadan videokonfransla məhkəməyə qoşulub, amma iddiaçı tərəfin vəkilləri başqa prosesə qatılmalı olduqlarını deyərək məhkəmənin təxirə salınmasını istəyiblər. Nəticədə Babayevin çıxışı baş tutmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülh sazişi ilə bağlı Paşinyanın yeni şərtləri - Ermənistan Azərbaycanı tələyə salmaq istəyir?..

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Vaqif Axundov əmlakını satdı – 1 milyon 200 minə

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yatdı – Foto

Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub

"Deputat kiminlə güləşir öz işidir" - MM-in İntizam Komissiyasının sədri

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Deputatın döydüyü polis Bakıya cağırıldı - Nazir işi nəzarətə götürdü

Ən çox oxunanalar