Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bitməyən "torpaq davası":"Söhbət 25 milyon dollardan gedir, Hacı Qalibi ayıltmasınlar"

Hacı Qalib Salahzadə ilə ayrı-ayrı şəxslərin torpaq davası bitmir. Bakının Bilgəh qəsəbəsində çoxsaylı torpaq sahələrinə Hacı Qalib Salahzadə sahib çıxır, “mənimdir” deyir. Belə ünvanlardan biri də vaxtilə eks-spiker olmuş Rəsul Quliyevin sahibi olduğu bağ sahəsidir. Həmin bağ sahəsi hazırda Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun sahibliyindədir. Hacı Qalib Salahzadə bağ sahəsinin ona məxsus olmasını deyir, qarşı tərəflər isə sənədləri təqdim edərək əksini bildirirlər. Bağ mübahisəsi ilə bağlı bir müddət əvvəl eks-deputatın xalası Lətifə Əliyeva Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə məktub yazmışdı.

PİA.az xəbər verir ki, ünvanlanan məktuba Hacı Qalib Salahzadənin dayısı Əminağa Camalov imza atıb. 1945-ci il təvəllüdlü Əminağa Camalov məktubunda yazır ki, anası Kübra Mirəbdül Hüseyn qızı Camalovaya məxsus olmuş və vərəsəlik üzrə ona çatan bağ sahəsinə girə bilmir. Qeyd edir ki, bağa girişə qadağa olduğu üçün məcbur olub redaksiyaya müraciət edib. Yazılanlardan belə anlaşılır ki, iş üzrə 2009-cu ildə məhkəmə çəkişməsi olub: “Sabunçu Rayon Məhkəməsində Nilufər Cəfərlinin sədrliyi ilə 3 dəfə məhkəmə iclası keçirilib. 4-cü dəfə də bu işlərə Nilufər Cəfərli baxacaq. 2009-cu ildə Bakı Apelyasiya Məhkəməsinin hakimi Etibar Qəzənfər oğlu Nəbiyev ”zakaz" qəbul edərək həmin il iş üzrə Sabunçu Rayon Məhkəməsinin hakimi Rahib Vaqif oğlu Salmanovun çıxartdığı qətnaməni ləğv etdi. Halbuki qərar artıq 7 ay olardı ki, qüvvəyə minmişdi. Həmin qüvvəyə minmiş qərarı ləğv etdirən general şəxsən bacım oğluna məhkəmənin qərarını “mən ləğv etdirmişəm” deyib. Sual çıxır ortaya ki, bu topraqlar mənim bacım oğlunun olmasaydı, niyə cənab general ondan xahiş edirdi?"

Hacı Qalibin dayısı məktubunun davamında yazır ki, 17 fevral 2009-cu ildə hakim Rahib Salmanov Rəsul Quliyevin qohumlarının iddia ərizəsini qəbul edib: “Orada göstərilir ki, guya bacım oğlu onlara məxsus evdən 700 min ABŞ dolları dəyərində oğurluq edib və siyahı yazıb şikayət ediblər. Bu zaman hakim Rahib Salmanovun bir sualına cavab verə bilməyiblər. Hakim soruşub ki, dediyiniz və iddia etdiyiniz oğurluq hansı evdə baş verib? Evlər kimə məxsusdur? Hər iki evin sənədlərini istəyib. Onlar heç bir sənəd təqdim edə bilməyiblər. Bu zaman Hacı Qalib evlərin sənədini və evlərin bizim ailəyə məxsus olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edib və məlum olub ki, bunlar yalan danışırlar. Yəni evlər və torpaq Abşeron rayonuna aiddir, Rəsul Quliyevə yox. Hakim Abşeron Rayon Torpaq Komitəsindən 118 saylı 05.06.2009-cu il tarixində yazılı surətdə məktub alır ki, həqiqətən Zağulba 1 saylı evin torpaq sahəsi Abşeron rayon keçmiş Bilgəh Zəfəran sovxozuna aiddir. Başqa sözlə desək, yəni torpaq Hacı Qalibə məxsusdur. Həmçinin onu da məhkəmə qeyd edib ki, Rəsul Quliyevə məxsus 60 sot torpaq sahəsi Bakı şəhəri Bağlar İdarəsinə məxsusdur və Hacı Qalibə məxsus olan torpaq və evlərə heç bir aidiyyəti yoxdur. Həmin iddia olunan torpaq sahəsi 4 hektara yaxın olan sahədir. Söhbət isə 60 sot torpaqdan gedir. Sonra isə Apelyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyev ”zakaza" əsasən Sabunçu Rayon Məhkəməsinin hakimi Rahib Salmanovun qərarını ləğv edib. Rəsul Quliyevin adamları o zaman özləri etdikləri şikayətlə və faktla təsdiq ediblər ki, evlər Hacı Qalibə və bizim ailəyə məxsusdur. İndi 12 il, ümumilikdə 26 il keçəndən sonra sərsəmləyən və sərsəm-sərsəm danışan, guya özü üçün “xudmani” ev tikib orada yaşayan Ağasif Şakir oğlu xalqı aldadır ki, ev ona məxsusdur. Məgər o vətən xaini Rəsul Quliyev onun atasıdır? Axı 2009-cu ildə məhkəmə zamanı Ağasif harada idi və neçə yaşı var idi? 6 yaşlı bir uşağı Rəsul Quliyev necə tanıya bilərdi ki, ona belə hörmət göstərsin? Nə isə burada “qaranlıq” məqamlar var. İndi növbəti oyunlar gedir. Oyunlara başçılıq edənlər xalqı aldatmaq istəyirlər ki, guya Hacı Qalib Rəsul Quliyevin 60 sot torpaq sahəsini zəbt etmək istəyir".

Dayısı məktubunda yazıb iddia edir ki, baş verənlər Hacı Qalib Salahzadəni nüfuzdan salmaq üçündür: “Ağızlarına və ağıllarına nə gəldi danışırlar. Qoy bir adam Bilgəh kəndindən çıxıb desin ki, Hacı Qalib 10 il, 20 il, 30 il, 40 il bundan əvvəl nə isə bir nalayiq hərəkət edib. Bir adam göstərin və bizim ailə həmin şəxsdən üzr istəməyə hazırıq. Yoxsa ekranlara çıxan Ağasif bəy Hacı Qalibi məhkəməyə verməklə hədələyir. Biz də ona müraciət edirik ki, məhkəməyə verməsən çox pis adamsan. Bir də sən özün kimsən ki, sən şeflərindən icazə almalısan. Şeflərin isə belə icazəni sənə verməzlər! Sən elə bilirsən ki, onlar vətən xaini Rəsul Quliyev və ya xosu bir partiya rəhbəri üçün bu məsələni ortaya atıblar. Ancaq səhv edirlər. Hacı Azərbaycanın tanınmış və çox hörmətli şəxsləri ilə qarşı-qarşıya oturub onların istədiklərini, problemlərini həll edib.

Milyarder, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov, milyarder Fərhad Əhmədov, milyarder İsgəndər Xəlilov və bir çox tanınmış şəxslər bacım oğlu ilə Bilgəhdə görüşüb və onların şəxsən problemlərini “ata-baba qaydası” ilə həll edib. Adını çəkmədiyim onlarla hörmətli şəxsiyyətlər də var. Təəssüf ki, bu adamlar səslərini çıxarmırlar. Və biz məcbur olub mətbuat vasitəsilə danışırıq. Ay kişilər, söhbət 60 sot torpaqdan getmir. Söhbət 25 milyon ABŞ dollarından gedir. Ona görə də bu məbləğin adını çəkən yoxdur ki, Hacı Qalibi ayıltmasınlar. Yoxsa belə bir fikir xalqda yaradırlar ki, Hacı 60 sot torpaq davası edir. Mənim bacım oğlu öz şəxsi imkanı ilə 500-dən yuxarı vətəndaşı Həcc ziyarətinə göndərib. Saysız-hesabsız ölçüdə, 1985-1988-ci illərdə sovet hökuməti vaxtında Zəfəran sovxozunda direktor vəzifəsində çalışanda imkansız kasıb təbəqəyə pulsuz torpaq sahələri paylayıb. Qoy mütəxəssis gəlsin və müəyyən etsin ki, orderlər və çıxarışlar hara düşür. Qanuni yolla məsələ həll olunsun. Yoxsa “zakaz”la məsələ 26 ildir həll olunmur". (Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar