Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir kəlmə tənqidə görə ürəyi gedən Brejnev, xəyanətlə devrilən Xruşov – saray çevrilişləri

Sovet dövründə Mərkəzi Komitənin müşavirə zalından çoxları qovulub, bu zalda çoxlarına yüksək vəzifələr verilib, sovet liderlərinin başda əyləşdikləri bu zal çox tənqidlərin və təriflərin şahidi olub. 1957-ci ildə isə müşavirə zalı Mərkəzi Komitə katibinin bayılmasına şahidlik edib...

Sovet liderləri haqqında yarızarafat-yarıciddi belə bir fikir söylənilib: “Stalin sübut etdi ki, ölkəni tək də idarə etmək olar. Xruşov ölkənin sərsəm bir adam tərəfindən də idarə edilməsininin mümkünlüyünü isbat etdi. Brejnev isə öz fəaliyyəti ilə sübuta yetirdi ki, ölkəni idarə etməmək də olar...”

Əslində lətifəyə bənzəyən bu fikirdə bir həqiqət də var. Stalin tarixə mütləq hakim və diktator kimi düşüb. Xruşovun siyasi sərsəmlikləri saray çevrilişinə səbəb olub. Brejnev isə ölkənin idarə edilməsini siyasi qruplaşmalar arasında bölüşdürmək və həm də onların arasında intriqalar yaratmaqla 18 il birinci kürsüyə sahiblik edib.

Artıq hər üç liderin aqibəti, siyasi fəaliyyətlərinin təfərrüatları bütün dünyaya bəllidir. Bu bəlliliklərin arasında onların qarşılqlı münasibətlərindəki qeyri-səmimilikləri isə ən “maraqlı” məqamlardan biri sayıla bilər. Stalin komandasının üzvü sayılan Xruşovun Stalinin vəfatından sonra ona münasibəti, Xruşovun sayəsində yüksək vəzifələr alan Brejenvin öz hamisinə quyu qazması və nəhayət, 9 yaşında ilk əmək fəaliyyətinə çobanlıqla başlayan Xruşovun öz komandası tərəfindən aldığı zərbələr.

11 il hakimiyyətdə olan Xruşov öz xatirələrində savadsızlığını, normal təhsil almadğını özü də etiraf edib:

“Doqquz yaşımda atam məni məktəbdən çıxartdı. Mən 30-a qədər saya bilirdim. Atam mənə dedi ki, bu qədər saymaq sənin üçün kifayətdər. Çünki sən heç vaxt 30 rubldan artıq pul qazana bilməyəcəksən. Bununla da mən məktəbdən ayrılıb sahələrə çıxdım, inək sağdım, çobanlıq etdim...”

Amma bu keçmişə baxmayaraq, Xruşov SSRİ-də siyasi zirvəni fəth etməyi bacarıb. Mövcud dövrdə heç kimin ağlına gəlməyib ki, o, öz siyasi manevrləri ilə Stalindən sonra hakimiyyəti ələ keçirə biləcək. Hər halda Stalin qvardiyasının ən güclü simaları olan Beriya, Molotov, Kaqanoviç, Malenkov, Voroşilov və digərləri arasından qalib çıxmaq, hakimiyyəti ələ keçirmək son dərəcə mürəkkəb bir məsələ sayılıb.

Xruşov “kohnə”lərdən qorunmaq, mövqelərini möhkəmlətmək üçün öz komandasını yaradıb. Bu komandanın əsas üvlərindən biri də Leonid Brejnev olub. Ümumiyyətlə, Brejnevin vəzifə karyerasında Xruşov mühüm rol oynayıb. O, 1947-ci ildə Ukraynanın birinci katibi olanda Brejnevi Dnepropetrovsk vilayət partiya komitəsinə birinci katib gətirib. 1950-ci ildə Xruşov Moskvanın birinici katibi, Siayasi Büronun üzvü olanda məhz onun təşəbbüsü ilə Brejnev Moldaviya KP MK-ya birinci katib vəzifəsinə seçilib. 1955-ci ildə isə Xruşov Brejnevi daha böyük bir respublikaya, Qazaxstana birinci katib təyin edib. Daha sonra o, Brejnevi Mərkəzi Komitəyə müdafiə sənayesi üzrə katib vəzifəsinə gətirib. Əlbəttə, yəqin ki, Xruşov həmin vaxtlar ağlına gətirməyib ki, nə vaxtsa hamilik etdiyi şəxs ona quyu qazacaq.

Sözsüz ki, Kreml dəhlizlərinin yolunu təzə öyrənən Brejnev Kremldə işlədiyi ilk illərdə bütün fəaliyyəti ilə Xruşova sədaqətini nümayiş etdirməyə çalışıb. Amma bu, çox vaxt effektli alınmayıb. Çünki siyasi elitada kifayət qədər ciddi qəbul olunan simalar olub. Xüsusilə Stalin komandasının üzvləri. Onlar Brejnevi ümumiyyətlə ciddi fiqur kimi qəbul etməyiblər. Brejnevə olan bu cür münasibət gərgin 1957-ci ildə özünü daha qabarıq göstərib.

Molotov, Kaqanoviç, Malenkov (“antipartiya qrupu”) 1957-ci ildə Xruşovu hakimiyyətdən devirmək istəyəndə Brejnev düşünüb ki, baş katibə sədaqətini nümayiş etdirməyin ən yaxşı məqamıdır. İyun plenumda Molotov Xruşovun siyasi fəaliyyətini sərt tənqid etdikdən sonra iclasda gərginlik yaranıb. Brejnev də Xruşovun müdafiəsi üçün tribunaya qalxıb. Amma o, çıxışını sona çatdıra bilməyib. Zaldan ona qarş deyilən bir cümlə onun üərkgetməsinə səbəb olub. Bəli, sözün əsl mənasında Brejnev özünü pis hiss etdiyindən əyləşib və bir neçə saniyədən sonra onun ürəyi gedib. Onu zaldan çıxarmağa məcbur olublar.

Brejnevin bayılmasına nə və kim səbəb olub?

Çıxışının ilk cümlələrində kommunizmə gedən yolda Xruşovun addımlarını mükəmməl sayan Brejenvin pafoslarına Kaqanoviç tab gətirə bilməyib. O, ayağa qalxaraq icazə almadan Brejnevin çıxışına müdaxilə edib:

- Siz kimsiniz ki, kommunizm quruculuğundan danışırsınız? Sizin buna haqqınız yoxdur. Biz sizi dəniz donanmasına göndərərik və siz oradan heç vaxt çıxa bilməzsiniz.

Kifayət qədər sərt və kobud xarakterə malik olan Kaqanoviçin bu sözləri onsuz da ürək problemləri olan Brejnevə olduqca mənfi təsir göstərib və o, çıxışını yarımçıq qoyub. Bir neçə dəqiqədən sonra isə onu ürəyi getmiş vəziyyətdə zaldan çıxarıblar.

Beləliklə, Brejnev Kaqanoviçin qarşısında tab gətirməyərək Xruşovu sona qədər müdafiə edə bilməyib. Anlaşılandır, inqilab və müharibə görmüş, Stalin məktəbini keçmiş köhnə kommunistlər qarşısında Brejnev tab gətirə bilməzdi.

Həmin plenumda Xruşovun əsas xilaskarlarından biri Jukov olub. Bunun müqabiləndə isə o, elə Xruşov tərəfindən nazir vəzifəsindən azad olunub. Belə ki, Xruşov ətrafında güclüləri saxlamaqdan qorxub. Xruşova Brejnev kimi sərt bir ifadədən ürəyi gedən kadrlar sərf edib. Amma Xruşov anlamayıb ki, bayılan Brejenev öz gücünü, enerjisini bir neçə ildən sonraya saxlayıb, 1964-cü ilin oktybar plenumuna. Həmin vaxt artıq öz komandasını yaratmış Brejnev saray çevrilişi edərək hamisini təqaüdə yola salıb.

Saray çevrilişləri kimi, böyük xəyanətlər də həmişə olub. Günümüzdə də yaşanır. Xələflər heç də həmişə sələflərə sədaqətli olmur, onların kələfini dolaşdırırlar.  

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar