Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Bilmirik, o kolbasaların içində nə var, o qiymətə başa gələ bilməz”

“Kolbasalarla bağlı “Azad İstehlakçılar” Birliyinə, gün ərzində 4-5 telefon zəngi gəlir. İstehlakçılar kolbasanın keyfiyyəti,etiketində yazılanlarla bağlı, tərkibi,halal olub olmaması, qiymət məsələsi, harada gəldi – açıq havada, soyuducuda olmayan, kolbasaların satılması barədə çoxsaylı suallar verirlər. Qeyd edim ki,ölkənin kolbasa bazarı seqmenti, çox çirklənmiş bir seqmentdir. İstehlakçıların birinci növbədə suallarından biri budur ki, “necə olur,ətin kiloqramı 14-15 manata, kolbasanın 1 kiloqramı 4-5 manatadır” və sair. Mən qeyd edim ki, istehlakçılar əsas informasiyanı mediadan alırlar”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov danışıb. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyində dəfələrlə ictimai şuranın üzvü olaraq məsələ qaldırıb ki, mediada çıxan materiallar agentlik tərəfindən təqib edilsin.

“Çox təəssüflər olsun, mənə hətta Qoşqar Təhməzlinin müavini səviyyəsində irad tutuldu ki, “sən haradan bilirsən biz təqib etmirik”? Lakin mən sonradan öyrəndim ki, heç bir təqib getmir yəni izləmirlər məsələni, hansı ki, media ən yaxşı bir informasiya mənbəyidir”,- deyə ekspert əlavə edib. Onun sözlərinə görə, təhlükəli kolbasalar, adətən, yaxşı qızardılmış olur və kənardan cəlbedici görünür, əksər hallarda üzərində etiketi olmur. Bu kolbasalar “8-ci kilometr” bazarında, metro çıxışlarında və digər yerlərdə satılır. Əhali bunun çox qızardılmış və bişmiş kolbasa olduğuna inanır və çox kiçik qiymətə bunu alırlar.

“Qeyd edim ki, ölkədə kiloqramı 4 manata olan təmiz ət var. Bu ət qocalmış heyvan ətləridir və yalnız kolbasa üçün yarayır. Bununla yanaşı, o qiymətə kolbasa başa gələ bilməz. Hətta mən xaricdə təhsil almış ət məhsulları üzrə mütəxəssisdən soruşmuşam. Deyirlər ki biz özümüz də izah edə bilmirik ki, o kolbasaların içində nə var. Hətta ətdən başqa nə qoysan, yenə o qiymətə başa gəlməz. Çox təəccüblü bir məsələdir. Hətta dəfələrlə mən, Qida Təhlükəsizliyi Agentliyində məsələ qaldırmışam ki, bərabər olaraq, kolbasaların etiketindəki məlumatlarla onun tərkibindəkiləri araşdıraq. Axı, Qida Təhlükəsizliyi Agentliyinin milyon dollara alınmış laboratoriyaları var və sairə. Lakin İctimai Şurada “hə, hə” deyilsə də, o cümlədən, Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi tərəfindən, praktiki addımın atıldığını biz görmürük” – deyə ekspert bildirib. O, əlavə edib ki, bazarın 70 faizini xarici kolbasalar təşkil edir. 30 faizi də yerli kolbasalardır.

Eyyub Hüseynov bildirib ki, bu da marketlərin və hökumətin səhv siyasətinin nəticəsidir. Ekspert hesab edir ki, əhali xarici kolbasaların, xüsusən Rusiyadan, Belarusdan gələn kolbasaların,keyfiyyətli olduğuna inanır.

“”Azad İstehlakçılar” Birliyi, Beynəlxalq İstehlakçı Təşkilatının üzvüdür. Dünyanın 123 ölkəsi ilə bizim əlaqələrimiz var. Aldığımız məlumatlar göstərir ki, xarici ölkələrdən xüsusən, Rusiyadan, Belarusdan, Ukraynadan gələn kolbasalar heç də, istehlakçının tələbatına uyğun deyil. Çoxu kimyalaşıbdır. Yaxşı dadvericilər, stablizatorlar vurulub. Üstü isə ekzotik olaraq bəzədilib və tərkibində guya ət olduğu və sairə yazılıb. İstehlakçılar bilməlidirlər ki, başqa ölkələrdən gələn mallar, xüsusən ət məhsulları risklərə məruz qalır. Gömrükdə də saxlanılır. Gətirilən avtomobillərin soyuducuları dayana bilər və təzədən dondura bilər. Belə olan halda mallar çirklənmiş olur. Bir sözlə uzaq ölkələrdən gətirilən bütün ərzaq malları, tək kolbasalar deyil, bütün mallar riskli hesab edilməlidir. Onların bəzəkli etiketinə, tərkibinə aldanmaq lazım deyil” – deyə Eyyub Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, ölkədə standartlara uyğun təmiz kolbasa istehsal edən müəssisələr də mövcuddur. Ancaq təəssüf olsun ki, həmin müəssisələr öz bazarlarını təmizləmək üçün heç bir iş aparmır. Sadəcə “üç muşketyor” qanunu ilə, “birimiz hamımız üçün, hamımız birimiz üçün”, “hamımız istehlakçıları aldadaq” prinsipi ilə hərəkət edirlər.

“Mən yerli kolbasa istehsalçılarını, hətta təmiz standartlara uyğun kolbasa istehsal edən müssisələri qınayıram. Onlar öz bazarlarını təmizləmək üçün media ilə, cəmiyyət ilə iş aparmalıdır. Təəssüflər olsun ki, 2021-ci ilin 18 mayında “məcburi sertifikatlaşdırılmış mallar” siyahısı ləğv olundu. Yəni təhlükəsizliyi təmin olan mallar mütləq sertifikatlaşdırılmalıdır. Bu, yolverilməzdir. “Azad İstehlakçılar” Birliyi bununla razı deyil və İqtisadiyyat Nazirliyinin Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinin nəzdində olan Azərbaycan Standartlaşdırma İnstitutu da sanki əlini qolunu bağlayıb, oturub gözləyir görək nə olacaq.

Qida Təhlükəsizliyi Agentliyinin cəmiyyətlə, ictimaiyyətlə effektli işləməməsinin səbəbidir ki, ölkənin kolbasa bazarı, kifayət qədər çirklənmiş vəziyyətdədir. Biz uzun müddət Müəllif hüquqları agentliyinə, dövlət orqanlarına müraciətlər etdik. Bir kolbasa istehsalçısı “Sevimli dad” bazarda müəyyən nüfuz qazanıb. Digəri isə, “Amsar” və yaxud “Retro MMC” “Sevimli dad” adlı kobasa istehsal edir. Deyir ki, bu mənim əmtəə nişanım deyil. Mən bunun adını qoymuşam “Sevimli dad”. O birinin isə, əmtəə nişanıdır “Sevimli dad”…

İstehlakçı isə bunu fərqləndirə bilmir. İstehlakçı bilmir ki, malın adı nədir, əmtəə nişanı nədir, hansı qorunandır, qorunmayandır. Demək istəyirəm ki,yerli bazarda da bəzən əhalinin rəğbətini qazanmış malları immitasiya edən,onun adını mənimsəyən başqa istehsalçılar da var” – deyən Eyyub Hüseynov vurğulayıb ki, istehlakçı hüquqlarının qorunması və malların təhlükəsizliyinin təmin olunması sahəsində dövlətin siyasəti həddindən artıq zəifdir. Ümumiyyətlə keyfiyyət məsələsi ilə heç bir dövlət orqanı məşğul olmur. Qida Təhlükəsizliyi Agentliyi yalnız məhsulun təhlükəsizliyini təmin edir.

“Bir sözlə, sanki Qida Təhlükəsizliyi Agentliyinin və hökumətin əsas strategiyası budur ki, “biz elə edəcəyik ki, siz yediyiniz yerdə zəhərlənib ölməyəcəksiniz və tədricən zəhərlənsəniz olar. Onsuz da hamı axırda öləcək”…”

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərmişik. Qeyd edək ki, AQTA daha əvvəllər də göndərdiyimiz sorğuları cavablandırmayıb. Əgər bu sorğumuz cavablandırılsa, sizinlə paylaşacağıq.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

Vətəndaşlar Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər - Video

Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi - 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..

Kişilərdə keçəlləşməsinin əsl səbəbi budur

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı - Putin ordunu Ukraynadan çıxarmalıdır

Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - Video, Yenilənib

"Dünyada buğdanın qiyməti ucuzlaşıb" - Quterreş

Ukrayna sərhədçiləri Donetskdə rusiyalı diversantları məhv edib - Yenilənib

İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb

Rəsulzadənin daha bir nadir fotosu üzə çıxdı - Foto

Ən çox oxunanalar