Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda mərkəzi prospektin işıqlandırılması problemi həllini tapmır - Foto

Biləsuvar şəhərinin Heydər Əliyev prospektində quraşdırılan işıq lampalarının uzun müddətdir yanmaması problemi həllini tapmır.

Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat veriblər.

Bildirilib ki, işıq lampaları işləmədiyinə görə gecələr prospekt işıqlandırılmır. Bu isə küçədə nəqliyyat vasitələrin, səkilərdə isə piyadaların hərəkəti üçün ciddi maneələr yaradıb.

Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir cavab almayıblar.

Şəhər nəqliyyatının ən intensiv hərəkət etdiyi yolun işıqlandırılmaması burada qəzaların artmasına gətirib çıxarıb. Gecə saatlarında yolun bir tərəfindən digər tərəfinə keçməyə çalışan sakinlərin həyatlarına ciddi təhlükə yaranır. Onların sözlərinə görə, bu problem əsasən prospektdə yerləşən yeni işıqfordan xəstəxanaya qədər olan hissədə müşahidə olunur.

Onlar buna görə də mövcud problemin aradan qaldırılması üçün aidiyyəti qurumlara növbəti dəfə müraciət ediblər.

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda ərazidə müvafiq işlər aparılır. Qeyd edilib ki, ərazinin işıqlandırılmasında yaranmış fasilələrin səbəbi yeraltı elektrik xəttlərində qırılmaların olmasıdır:

"Problemin aradan qaldırılması üçün əl əməyindən istifadə olunur. Ona görə də işlərin nə vaxt yekunlaşacağını dəqiq demək mümkün deyil. Lakin yaxın vaxtlarda həmin ərazidə problem tam həllin tapacaq".

Qeyd edək ki, sakinlər sözügedən problemlə ötən ilin ortalarından üzləşiblər. Onlar bundan əvvəl də prospektin işıqlandırılmaması səbəbindən yaşanan problemlərlə bağlı bir neçə dəfə aidiyyəti qurumlara müraciətlər ediblər.

Daha əvvəl məsələ ilə bağlı Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilmişdi ki, küçənin işıqlandırılmasında yaranan fasilələrin birdəfəlik aradan qaldırılması üçün əsaslı işlərin görülməsinə başlanılıb. Qeyd olunmuşdu ki, problemin yaranmasının əsas səbəbi kanalizasiya xəttlərinin çəkilməsi zamanı yeraltı elektrik xəttlərinin ciddi zədələnməsidir.

Həmin vaxt problemin həlli üçün müvafiq işlərin aparıldığı bildirilsə də, lampalar hələ də dəyişdirilməyib.

Ümid edirik ki, sakinlərin üzləşdiyi bu problem tezliklə aradan qaldırılacaq, küçədə piyadaların və nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti bərpa ediləcək.

Fotolar

pia.az 


Etiket: İşıq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar