Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.
PİA.az xəbər verir ki, Manset.az-a açıqlama verən verən Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məsələyə münasibət bildirib: "Məlum videodan xəbərimiz var. Hazırda mən məzuniyyətdəyəm. Yəqin ki, cəzalandırılacaqlar".
Qeyd edək ki, görüntülərdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyevin olduğu iddia olunur.
pia.az