Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi istehsalçılar çörəyi 90 qəpiyə satır- Birdən-birə 50 faiz bahalaşmanın səbəbi nədir?

Məlum olduğu kimi un və çörək tədarükçüləri dünya bazarında ərzaq buğdasının bahalaşması, Rusiyanın buğdaya yüksək ixrac rüsumu tətbiq etməsini əsas gətirərək yeni ilin ilk günlərindən un və çörəyin qiymətini artırdılar. Bunun ardınca İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayaraq un və çörəyin satış qiymətinin nəzarətə götürüldüyünü, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddinin razılaşdırıldığını açıqladı. Dövlət xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirəcəyi ilə bağlı xəbərdarlıq da etdi.

Lakin virtualaz.org-un əməkdaşının şəhərin müxtəlif istiqamətlərindəki marketlərdə apardığı müşahidələr göstərir ki, ənənəvi “zavod çörəyi” istisna olmaqla digər növ çörək və un məmulatları 50 faizədək bahalaşıb. Məsələn, “Çörəkçi” zavodunun 400 qramlıq, doğranmış “Zirəli çörəyi”nin qiyməti son bir neçə gündə 50 faizədək artıb. Marketlərdə son 15 günədək 60 qəpikdən satılan təndir çörəyi hazırda 1 manata, 60 qəpiklik “ləzgi çörəyi” 90 qəpiyə təklif edilir.

Həmçinin “kərpic çörək”, pəhriz çörəyi, kəpəkli çörək, tam buğda çörəyi, tam çovdar çörəyi çəkisindən və qablaşdırılmasından asılı olaraq 20-40 qəpik arası bahalaşıb. Hansı ki, əhalinin ən azı yarısı belə çörəklərə üstünlük verir. Satıcılar da etiraf edirlər ki, son bir neçə ildə pəhriz və ya qara undan hazırlanan çörəklərə təlabat çoxdur.

Alıcılar isə deyiblər ki, məsələn, 1 manat 60 qəpiyə aldıqları mayasız çörək xeyli “yüngülləşib”. Hərçənd ki, satıcılar çörəklərin tərəzidə çəkilməsinə razı olmayıblar.

“Yalnız dairəvi “zavod çörəyi”nin qiyməti ilə bağlı açıqlama verildi. Halbuki digər un məmulatları da daxil olmaqla bütün növ çörəklər bahalaşıb”, - alıcılardan biri deyib.

Bahalaşmadan əvvəl

Qeyd edək ki, çörək istehlakına görə Azərbaycan adambaşına dünyada bu göstəricinin ən çox olan ölkələrdən biridir, son statistikaya görə, Azərbaycan vətəndaşı ildə təxminən 130 kiloqram çörək istehlak edir.

Məlumdur ki, Azərbaycanda çörəyin qiymətini Tarif Şurası müəyyən etmir, dünya bazarında buğdanın və unun qiyməti, eləcə də tələb və təklif əsasında formalaşır. Lakin unun kiloqramının 20 qəpik bahalaşması, yaxud xərclərin artması çörəyin birdən-birə 50 faizədək bahalaşmasına səbəb ola bilməz.

“Zirəli çörəyi” və digər çörək növlərini bahalaşdıran “Çörəkçi” şirkətindən bir çörəyin neçəyə başa gəldiyini, mağazalara neçəyə satıldığını açıqlamaq istəmədilər. Şirkətin telefonlarını cavablandıran əməkdaş bildirib ki, onlara bu barədə KİV-lərə məlumat verilməməsi tapşırılıb. Zəng vuranlara təklif və ya şikayətlərin elektron poçt vasitəsi ilə göndərilməsini söyləməklə kifayətlənirlər.

“Təəssüf ki, sizi heç kimlə əlaqələndirə bilmərik. Bizə belə tapşırıq verilib” - şirkət əməkdaşı deyib. Halbuki şirkət son bir ayadək ən azı qiymətlərlə bağlı sualları cavablandırıb.

“Nömrə 1” brendi altında çörək istehsal edən eyni adlı şirkətdən isə deyiblər ki, yazılı formada ünvanlanan sualları cavablandıra bilərlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə deyiblər ki, məsələ ilə bağlı araşdırma apardıqdan sonra açıqlama verəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar