Çərşənbə, 28 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Beynəlxalq Valyuta Fondu Azərbaycandakı missiyasına dair nəticələri açıqlayıb

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə IV maddəyə dair məsləhətləşmələri çərçivəsində fondun Azərbaycandakı missiyasının rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 19-dan mayın 21-nədək ölkədə virtual missiya keçirib. İyunun 18-də missiyanın yekunlarına dair müvafiq bəyanat BVF tərəfindən yayılıb.

"APA-Economics"in fonda istinadən verdiyi məlumata görə, bəyanatda qeyd edilir ki, pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yüksək olmasına baxmayaraq iqtisadi proqnoz üçün risklər balanslıdır.

Vaksinasiyanın COVID-19-u dayandırmasına və iqtisadi bərpaya dəstək verəcəyi gözlənilir. Məhdudiyyətlərin tədricən aradan qaldırılması fonunda iqtisadi artım 2,3% səviyyəsində gözlənilir və Cənub Qaz Dəhlizi vasitəsi ilə təbii qaz ixracını artması neft hasilatındakı azalmanı kompensasiya edəcəyi gözlənilir.

İnflyasiyanın il boyu ortalama 4% civarında olacağı güman edilir, icmal büdcəsinin kəsirinin isə yüksək qalaraq bu il ÜDM-in 5,6% səviyyəsində olacağı proqnozlaşdırılır. Bunun səbəbləri kimi, fond pandemiyanı və azad olunmuş torpaqlarda başlanmış rekonstruksiya işlərinin artırdığı xərcləri göstərir.

BVF-yə görə, büdcə siyasətinin qeyri-müəyyən mühitdə çevik qalması lazımdır və mənfi risklər reallaşacağı təqdirdə avtomatik stabilizatorların işləməsinə icazə verilməli və ehtiyac olduqda əlavə tədbirlər görülməlidir.

Monetar siyasətə də toxunan fond bildirir ki, manatın ABŞ dollarına sərt bağlılığı fonunda, faiz dərəcələrinin azalması və prudensial tənzimlənmənin asanlaşdırılması pandemiya dövründə maliyyə relyefini faydalı şəkildə tamamladı və kredit axınını davam etdirdi. Bununla birlikdə, bankların kredit faizləri yalnız orta dərəcədə azaldı və nisbətən yüksək olaraq qaldı.

"Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə bazarlarını inkişaf etdirmək və maliyyə vasitəçiliyi və maliyyəyə çıxışını yaxşılaşdırmaq üçün siyasət çərçivələri və təşəbbüslərindəki yaxşılaşdırma iqtisadiyyatın şaxələndirilməsinə və məhsuldarlığı və dayanıqlığının yaxşılaşdırılmasına əlavə dəstək verəcək. Eyni zamanda, AMB-nin maliyyə nəzarətinin yaxşılaşdırılması istiqamətində davamlı səyləri, texniki yardım yolu ilə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqla dəstəklənməlidir" –deyə bəyanatda deyilir.

Struktur islahatlarında gəldikdə, BVF o nəticəyə gəlib ki, qarşıda duran əsas prioritetlər arasında iqtisadiyyatı şaxələndirmək və gözlənilməz şoklara qarşı davamlılığını artırmaq üçün islahatların hazırlanması və həyata keçirilməsi daxildir. Bu, inkişaf etmiş iş mühiti, idarəetmə və şəffaflıq və maliyyəyə daha yaxşı çıxış daxil olmaqla özəl sektorun inkişafını asanlaşdıracaq islahatlarla müşayiət olunmalıdır. Fondun araşdırmasında qeyd edilir ki, iqtisadiyyatın şaxələndirilməsi və dinamik qeyri-karbohidrogen sektorunun inkişafının təşviqi Azərbaycanın iqtisadi inkişaf perspektivlərini artırmaq və iş yerləri açmaq üçün çox vacibdir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

BDU-da baş verən qanlı insidentlə bağlı ilginc təfərrüat

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran vəzifəli şəxs kimdir?

"Anna Akopyan Bakıdan gələn qara kürü yeyir" - Foto

Vaksinasiya ilə bağlı qəbul edilən yeni qadağalar... - Bu qaydalar könüllülüyə və konsitutsion hüquqlara zidd deyilmi?..

Xalq artisti: "Bir qızım məmur, o biri diplomatdır, digəri isə həkimdir"

Nəzakət Mehdiyevanın səsini yayan müəllimə işdən çıxarıldı: “İtirəcək heç nəyim yoxdur”

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

“Həbs olunan narkotik satanlar pul verərək azad olunurlar” – Aslan İsmayılov

Ən çox oxunanalar