Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Cüdo Federasiyası Elnur Əşrəfoğlunun vəfatı ilə bağlı başsağlığı verib

Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu (Şükürov) haqqında məqalə hazırlayıb.

PİA.az-ın məlumatına görə, İJF-nin rəsmi saytında dərc olunmuş "Cənab No Problem bizi tərk etdi" başlıqlı yazıda Elnur Şükürovun 47 yaşında koronavirusdan vəfat etdiyini bildirilib.

Əşrəfoğlunun Bakıya səfər zamanı İJF prezidenti Marius Vizerdən müsahibə alan ilk yerli jurnalist olduğu vurğulanıb: "Elnur karyerası ərzində 1996-cı il Atlanta olimpiadasından Tokio-2020 Yay Olimpiya Oyunlarınadək bir çox olimpiadalara qatılıb və 100-dən çox ölkəni ziyarət edib. İngiltərənin "Liverpul" klubunun çılğın azarkeşi idi. Klubun "heç vaxt tək gəzməyəcəksiniz" şüarı onun şüarı oldu. Həmişə gülümsəyərək hər kəsə problemləri həll etməyə kömək edərdi".

Mətndə İJF-nin Media komandasından Pedro Lasuenin də Elnur Əşrəfoğlu ilə bağlı fikirləri yer alıb.

Son olaraq bildirilirb ki, onun üçün həm Azərbaycanda, həm də dünyada cüdo ailəsində çox darıxacaqlar.

İJF mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib: "Hörmətli Elnur, heç vaxt tək gəzməyəcəksiniz".(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar