Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqan sakini polislərə atəş açıb, xəsarət alan var

Noyabrın 30-u saat 1 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Beyləqan rayon prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu bildirib, polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə o, Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib, E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar