Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bəşər Əsədin Tehran səfəri və bölgədə dəyişən geosiyasət...

Bəşər Əsəd gizli bir yolçuluğun ardından keçən həftə bazar günü Tehranda göründü və sadəcə bir neçı saat çəkən səfər çərçivəsində İranın Ali dini lideri Xameneyi və prezident Rəisi ilə görüşüb tez bir zamanda Dəməşqə döndü...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 11 may 2022-ci il

Səfərin diqqət çəkən tərəfi Bəşər Əsədin son 10 ildə Tehrana ikinci səfəri olması ilə yanaşı, bölgədə dinamikanın artması ilə yaşanan sürüşmələrdir. Geosiyasi hərəkətliliyin önəmini anlamaq üçün hadisələrin eyni zamanda baş verən işarətlərinə göz atmaq gərəkir.

1. Ukrayna savaşının buraxdığı izlər;
2. Şimali İraqda Türkiyənin yürütdüyüı əməliyyat;
3. Bağdad və Ərbil yönəticilərinin Şimali İraqda terrorist ünsürlərə qarşı davranışları;
4. ABŞ-la İran arasındakı nüvə anlaşması müzakirələri;
5. İsrailin İranla bağlı mövqeyi;
6. İsrailin Ukrayna böhranında Rusiya ilə bağlı fikir dəyişiklikləri;
7. İsrailin Suriyadakı həssaslıqları;
8. Körfəz bölgəsində Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-a qarşı mövqelərində yaranan dəyişiklik;
9. Türkiyənin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərində yaşanan inkişaf;
10. Ukraynadakı böhranın Suriyaya təsiri və Suriyadakı rus və amerikan bazalarından Ankaranın sərfəli çıxıb çıxmayacağı ilə bağlı mübahisələr...

***

Suriyadakı rus ordusunun Ukraynaya aparılması ilə Moskvanın Dəməşqə olan yardımlarının azalması və Əsədin ruslar tərəfindən boşaldılan mövqelərə İran milislərinin yerləşdirilməsi ilə bağlı Əsədin Tehrana götürdüyü təklif barədə iddialarda həqiqət payı var. Amma bu iddiaları böyütməmək şərti ilə Çünki Rusiyanın Suriyadan tamamilə çıxacağını düşünmək belə məntiqdən kənar mövzulardır.

Rusların çəkildiyi mövqelərə və bazalara İran inqilab Keşikçilərinin və “Hizbullah” milislərinin yerləşdirilməsi ilə bağlı iddialar İsrail mətbuatına aiddir. Buna görə də bu iddiaları tam həqiqət olaraq görməməliyik və şübhə ilə yanaşmalıyıq. Bu vəziyyətdə görünən odur ki, İsrail hava qüvvətlərinin Suriyadakı İran uzantılarına qarşı hücumlarına artıq rus havadan müdafiə sistemlərinin icazə verməməsidir. Yuxarıdakı 6-cı maddə İsrailin mövqeyinin dəyişməsi ilə Kremlin belə bir qarşılıq verməsini uyğun görür, lakin Putinlə Bennet arasında onal müzakirələr balans axtarıldığından xəbər verir.

Əlbəttə ki, ortalıq, “fala yox, yumurta yox” deyilə biləcək qədər də sakit deyil. Suriyadakı rus qüvvətlərinin az, ya da çox miqdarda Ukraynaya aparılmasını Tehran yaxından izləyəcək. Üstəlik Türkiyənin hava sahəsinin ruslara qapalı olduğunu da nəzərə alarsaq, bu daşınma İranİraq üzərindən reallaşacağını da xatırlatmalıyıq. Bunu da qeyd edəlim ki, Tehran Ukrayna mövzusunda Qərb tərəfdə olmasa da, Rusiyanı açıq şəkildə dəstəkləmir. Nə qınamır, nə də alqışlamır... Yəni tərəflərə eyni məsafədə qalmağa çalışır.

2-ci maddə Türkiyənin eymi maddəni necə oxuması ilə bağlıdır. Şimali İraqdakı Türkiyə əməliyyatı Suriyadan kənar olaraq düşünülmədiyi kimi, bu əməliyyatın başlanılmasında İranın rolu Ankaranın vəziyyəti öncədən təhlil etdiyindən xəbər verir.

***

Əsədin səfərinin önəmi Rusiyanın bu ziyarətə verdiyi reaksiyadan da görünür. Rusiya Baş nazirinin müavini iki ölkə arasında əlaqələr komissiyasının toplantısı adı altında İrana gedir. Bu səfər çərçivəsində enerji, nüvə anlaşması, tranzit keçidləri və s. məsələlər müzakirə olunacaq, anca təbii ki, Suriyadan da bəhs ediləcək. Tehran da bunu bilir ki, İran-Rusiya münasibətlərinin fövqəladə səviyyədə yaxşı görünməsi Qərbdən sərmayə sərmayə gözləntilərinin ruhuna yad olduğu kimi, bu aralarda onsuz da yenidən sürünməyə başlayan nüvə anlaşamsının gələcəyi üçün də ziyanlıdır.

Əsəd-Xameneyi görüşməsinin rəsmi açıqlamasına baxdıqda görmək olur ki, Əsəd ABŞ haqqında açıq və sərt ifadələrdən istifadə edərkən, qarşısındakılar bu ifadələri paylaşmada heç də həvəsli görünmürlər. Bunula birlikdə Dəməşq yönətimi İranla təhlükəsizlik və siyasi sahələrdə yaxınlaşmaq arzusunu, eyni zamanda mövcud işbirliyini daha da genişləndirmək təklifini açıqca ortaya qoydu.

Görüşmələrdən olan ayrıntılar isə bunlardır.

İran prezidenti bunları söylədi: “Suriya torpaqlarının tamamı işğalçılardan qurtarılmalıdır. Bu zamana buraxılmamalı, ən qısa zamanda işğalçı güclər Suriya sərhədindən kənara çıxarılmalıdır”.

Xameneyi isə “İranın terrorizmə qarşı zəfərini tamamalamaq və ölkənin geri qalan torpaqlarının azad edilməsi üçün Suriyanı dəstəkləməkdə davam edəcəyik”, dedi.

***

İki ölkənin tam olaraq razılaşa bildiyi mövzu ABŞ-ın bölgədə zəiflədiyi indiki dönəmdə İsrailə qarşı birgə mübarizədə qərarlılıq oldu. İran bu hədəflər uğrunda Suriyaya verdiyi dəstək üçün fədakarlıqlarını xatırlatdı və bu zaman Xameneyi “Müqəddəs vəzifə” və “şəhidlər” ifadələrini işlətdi. Öz adı ilə söylənməsə də, bu ifadələr Qasim Sülaymani xatırlatması da vardı.

Görüşmələrin ən kritik nəticələri isə budur: Əsəd İrandan Suriya üçün təminat istədi və bunu aldı. ABŞ və daha çox Rusiyanın Ukrayna ilə bağlı problemlərinin çox olduğu bu zamanda ortaya çıxan “qeyri-adi” bir bazarlığın ortaya çıxması çox önəmlidir... İran Xarici İşlər naziri səfərdən sonra verdiyi açıqlamasında bildirdi ki, “Suriya ilə münasibətlərdə yeni bir səhifə açılıb”.

İranın Suriyada yeni həmlələrinin Türkiyə-Ruisya münasibətlərinin parlaq bir şəkildə davam etiyini də nəzərə alarsaq, Türkiyənin İsrail, Səudiyyə Əərbistanı, Birləşmiş Əərəb Əmirlikləri ilə normallaşma proseslərinə necə balans yaradacağını, hətta Azərbaycanla münasibətlərə bu proseslərin necə təsir edəcəyini, həmçinin ABŞ-PKK münasibətlərinin hansı risklər və fürsətlər gətirəcəyini də Ankara hesablamalıdır.

Ukrayna dəliyinin Suriyada sökülməyə başlaması Türkiyə-iran-Rusiya üçlüyünün bütün bu prosesləri bir daha oturub müzakirə etmələrini gərəkdirə bilir. Yeni bir Astana toplantısına ehtiyac duyulmaqdadır. Bu toplantının içində olduğumuz may, ya da iyun ayında gerçəkləşməsi daha yaxşı olardı...

Orjinal

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

DTX-dan Gömrük Komitəsində daha bir əməliyyat - Saxlanılanlar var

Sahil Babayevin əmisi oğlu rüşvətə görə həbs olundu

Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib - Yenilənib

Milli Məclisin məşhur simaları: Hansı incəsənət adamları deputat olub?

İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi

Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - Yenilənib

Özbəkistanda kütləvi etirazlar başlayıb - Video

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Rusiyaya Ukraynanın İlan adasına fosfor bombaları atıb - Video

Ən çox oxunanalar