Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Berlində anti-türk rüzgarı... - Almaniyanın Azərbaycana qarşı qərəzinin səbəbi nədir?

Ermənistanla Fransa və ABŞ qədər yaxın olmayan Almaniyanın Azərbaycana qarşı belə qərəzli davranmasının səbəbi nədir?..

Məhəmməd Əsədullazadə: “Türkiyənin Cənubi Qafqazda artan geosiyasi mövqeyini Almaniya həzm edə bilmir və bunu Azərbaycana təzyiq etməklə əvəzini çıxmağa çalışır”.

Əhəd Məmmədli: “Bu Almaniyada islamofobiyanın, türkəfobiyanın, millətçi qüvvələrin ildən-ilə güclənməsindən xəbər verir. Güclənən radikallar hədəf kimi Türkiyəni götürürlər. İkinci Qarabağ müharibəsindən sonra artıq hədəfdə Azərbaycan da var”.

Bir neçə həftədir Almaniya KİV-lərində Bundestaq deputatlarının iştirak etdiyi bir qalmaqal alovlanır. İddialara görə, Azərbaycanın maraqları üçün lobbiçilik etmək müqabilində bu deputatlar pul alıblar. Amma liberal alman mediası bununla da kifayətlənmir və  Azərbaycan  hakimiyyətini insan haqlarını və cinsi azlıqların hüquqlarını pozmaqda ittiham etməkdə davam edir.

44 günlük müharibə dövründə Almaniyanın qərəzli mövqeyinin, əsasız bəyanatlarının şahidi oluq və almanların qərəzli mövqeyi hələ də davam etməkdədir. Belə ki, Azərbaycandakı bütün xarici diplomatlardan fərqli olaraq, Almaniya səfiri hələ də işğaldan azad olunmuş torpaqlarımıza baş çəkməyib.

Ermənistanla Fransa və ABŞ qədər yaxın olmayan Almaniyanın Azərbaycana qarşı belə qərəzli davranmasının səbəbi nədir?

Almaniyanın qərəzli mövqeyinin PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Bir müddətdən sonra Berlinin Azərbaycana qarşı münasibəti əvvəlki vəziyyətə qayıdacaq”.

Bir zamanlar Minsk Qrupunun həmsədr institutununda məhz Fransanın əvəzinə Almaniyanın təmsil olunmasını istədiyimizi xatırladan politoloq PİA.az-a bildirib ki, hazırkı vəziyyətdə Almaniyanın siyasətinin 180 dərəcə dəyişməsi əsasən Türkiyə ilə Almaniya arasında davam edən problemlərdən qaynaqlanır:

“Almaniyanın Azərbaycana qarşı siyasi mövqeyi, xüsusilə Qarabağ məsələsində obyektiv olub. Minsk Qrupunun həmsədr institutununda məhz Fransanın əvəzinə Almaniyanın təmsil olunmasını istəmişik. Yəni bu illər ərzində Almaniya Azərbaycanın maraqlarına uyğun addım atıb. Hazırkı vəziyyətdə Almaniyanın siyasətinin 180 dərəcə dəyişməsi əsasən Türkiyə ilə Almaniya arasında davam edən problemlərdən qaynaqlanır.

Hazırda Türkiyə Rusiya ilə bu məsələdə aktiv rol oynayır. Cənubi Qafqazda Türkiyənin iştirakı Avropanı bu regionda kənarda qoydu. Qarabağ məsələsində mümkün qədər obyektiv olmağa çalışan Almaniya bu prosesdə yaxına buraxılmadı. Bu da təbii ki, Berlində qıcıq yaratdı. Almaniyanın anti-Azərbaycan siyasəti hesab edirəm ki, buradan qaynaqlanır.

Məhəmməd Əsədullazadə: “Almaniya və Türkiyə arasında narazılıq varsa, Almaniyanın bunu Azərbaycana qarşı sərt mövqe tutmasına gətirib çıxarması obyektiv deyil”.

Türkiyənin Cənubi Qafqazda artan geosiyasi mövqeyini Almaniya həzm edə bilmir və bunu Azərbaycana təzyiq etməklə əvəzini çıxmağa çalışır. Həmçinin Almaniya Qarabğda yenidən qurma proqramlarında da yer almır.

Düşünmürəm ki, Almaniya bunu Ermənistan siyasətinə görə edir. Sadəcə geopolitik bir məsələdir və əsasən Aralıq dənizində, Suriyada və Cənubi Qafqazda Türkiyənin aktiv fəaliyyətindən doğan narazılıqdır. Amma, Almaniya kimi bir hüquqi dövlətin bu yanaşmasını doğru hesab etmirəm. Azərbaycan regionun açar ölkəsidir. Hesab edirəm ki, bir müddətdən sonra Berlinin Azərbaycana qarşı münasibəti əvvəlki vəziyyətə qayıdacaq.

Hesab edirəm ki, Almaniya və Türkiyə arasında narazılıq varsa, Almaniyanın bunu Azərbaycana qarşı sərt mövqe tutmasına gətirib çıxarması obyektiv deyil. Bu təbii olaraq Almaniyanın geosiyasi maraqlarına da ziddir”.

Əhəd Məmmədli: “Almaniya son illər Türkiyəyə, indi də Azərbaycana qarşı elə mövqe ortaya qoyur ki, erməni lobbisinin daha güclü olduğu ABŞ, Fransa, hətta Rusiyadan da, daha ermənipərəst görünür”.

Almaniyanın Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbinin Türkiyə oduğunu düşünən politoloq PİAşaz-a bildirib ki, Ankaranın Azərbaycanı açıq dəstəkləməsi və regionda öz təsirini artırması Berlini narahat edir:

“Bəli, Almaniya səfiri hələ də Qarabağ ərazisinə getməyib. Ümumiyyətlə Almaniya son illər Almaniya Türkiyəyə, indi də Azərbaycana qarşı elə mövqe ortaya qoyur ki, erməni lobbisinin daha güclü olduğu ABŞ, Fransa, hətta Rusiyadan da, daha ermənipərəst görünür.

Bu Almaniyada islamofobiyanın, türkəfobiyanın, millətçi qüvvələri ildən-ilə güclənməsindən xəbər verir. Güclənən radikallar əsas hədəf kimi Türkiyəni götürürlər. İkinci Qarabağ müharibəsindən sonra artıq bu hədəfdə Azərbaycan da var. Bunun da səbəbi Türkiyədir. Çünki Türkiyənin Azərbaycanı dəstəkləməsi və regionda öz təsirini artırması Almaniyanı narahat edir.

Qeyd edim ki, Almaniyanın belə mövqedə olmasında bizim də günahımız var. Bildiyimiz kimi Almaniyada çox güclü türk lobbisi var. Amma buna rəğmən Almaniya ermənipərəst mövqeyi sərgiləyir. Düşünürəm ki, Almaniyada Türkiyə və Azərbaycan lobbiləri güclərini səfərbər edib öz təsirlərini gücləndirməlidirlər. Onlar alman siyasətçilərini müxtəlif metodlarla öz tərəfləridə yer aldırmağa nail olmalıdırlar”.

Qeyd edək ki, mətbuatda Almaniya mətbuatının Azərbaycana qarşı qeyri-obyektiv çıxışlarını Rusiya tərəfindən körüklənməsi barədə fikirlər də səsləndirilir. Bu barədə yerli mətbuata açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, bu münasibətlər əsasən Şərqi Almaniyada olan “Ştazi” təşkilatının (Almaniya Demokratik Respublikasının keçmiş xüsusi xitmət orqanı) sabiq nümayəndələrinin Almaniyada müəyyən postlara yiyələnməsi ilə əlaqədardır. Rusiya həmin şəxslərlə əlaqəyə keçir və himayəçilik missiyalarında iştirak edir. Buna görə də, 44 günlük Vətən müharibəsindən sonra, Almaniyada Azərbaycana qarşı müxtəlif qərəzli məlumatlar paylaşılır və qarayaxma kampaniyası həyata keçirilir. Bu həm Bundestaqda olan radikal sağ meyilli qüvvələr, həm də Gürcüstanda yerləşən Almaniya fondları tərəfindən edilir.

Nərminə UMUDLU
pia.az


Etiket: Almaniya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar