Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Beriyanın adamı – Kakuçaya qadın düşkünlüyündə və qəddarlıqda ondan geri qalmayıb

Onun məhkəməsi daha çox yeyintidə ittiham olunan böyük ərzaq anbarının müdirinin məhkəməsini xatırladıb. Varlam Kakuçaya haqqında toplanmış cinayət materiallarının təkcə birinci cildində ərzaqların siyahısı 17 səhifədən ibarət olub.

Maraqlıdır, dövlət təhlükəsizliyi generalı Kakuçaya təkcə ərzaq yeyintisinə görəmi ittiham edilib?

Milliyətcə gürcü olan Varlam Kakuçaya 1905-ci ildə Suxumidə anadan olub. Suxumidə pedaqoji texnikumu bitirdikdən sonra iki il Merxeuli kəndində müəllim işləyib. Daha sonra Tiflis Universitetinin iqtisadiyyat fakültəsində təhsil alan Kakuçaya Gürcüstan kolxoz mərkəzində işlər idarsinin, Gürcüstan KP MK-da kütləvi təşviqat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1930-cu ildə Baş Hərbi Kəşfiyyat idarəsində xidmətə qəbul olunan Kakuçaya 1938-ci ilə qədər Zuqdudidə, Gürcüstan Xalq Daxili İşlər Komissarlığında kiçik komissar, komissar, şöbə rəisi vəzifələrində xidmət edib. Bu illər ərzində o, yeni işgəncələrin “müəllifi” kimi tanınıb. Kakuçayanın ən çox tətbiq etdiyi işgəncə yük maşınının təkərini ittiham olunanların uzun müddət boğazından asması olub ki, o, bununla lazımi ifadələri rahatlıqla alıb.

1938-ci ildə Kakuçaya Lavrenti Beriyanın təşəbbüsü ilə Poti şəhər partiya komitəsinin birinci katibi təyin edilib. O, bu vəzifədə cəmi iki ay işləyib. Beriya Moskvada “NKVD”-yə təyinat alanda Kakuçayanı da özü ilə aparıb.

Kakuçaya “NKVD”-nin mərkəzi aparatında istintaq şöbəsinin müavini vəzifəsində bir il işlədikdən sonra Abxaziya Muxtar Resbublikası xalq daxili işlər komissarı vəzifəsinə göndərilib.

Beriyanın himayəsində olan Kakuçaya Abxaziyada əsas söz sahiblərindən biri sayılıb. Hətta muxtar respublikanın partiya rəhbərləri də bütün məsələlərdə onunla hesablaşmaq məcburiyyətində olublar.
Kakuçaya Abxaziyada təkcə səlahiyyət sahibi olması ilə yadda qalmayıb. Narkom həm də zəngin həyat tərzi ilə digər məmurlardan fərqlənib. Onun yaşadığı ikimərtəbəli iqamətgahda cavan qızlardan ibarət ev xidmətçiləri tez-tez dəyişib. Kakuçaya onlardan intim xidmətlər də tələb edib.

1940-cı ildə Kakuçaya Beriyaya müraciət edərək daha yüksək vəzifə xahiş edib. Beriya onu Gürcüstan daxili işlər komissarının birinci müavini vəzifəsinə göndərib. Bu təyinat Kakuçayanın yaxın müddətdə komissar təyin olunacağına hesablanıb. Beriya vədinə əməl edərək 1941-ci ildə Stalindən Kakuçayanın komissar təyinatına razılıq alıb. Ancaq Kakuçaya bu vəzifədə özünü Beriyanın arzuladığı qədər doğrulda bilməyib, beş aydan sonra o, yenidən müavin vəzifəsinə qaytarılıb.

1941-1943-cü illərdə Kakuçaya “NKVD”-nin 4-cü idarəsində 2-ci şöbənin rəisi vəzifəsində xidmətini davam etdirib. Bu vəzifədə o, agentura şəbəkəsinin genişləndirilməsində, Qafqazda partizan hərakatının yaradılmasında fəallığı ilə fərqlənib.

Kakuçaya üçün mərkəzdən kənarda xidmət etmək daha rahat olduğundan o, 1943-cü ildə Beriyanın təklifini qəbul edərək Şimali Osetiya Muxtar Respublikasına dövlət təhlükəsizliyi naziri vəzifəsinə böyük məmnunluqla razılıq verib. Məhz bu vəzifədə olarkən o, general-mayor rütbəsi alıb.

Kakuçaya Abxaziyada olduğu kimi, Osetiyada da hökmranlığından qalmayıb. Qadın əyləncələri, səhərə qədər davam edən məclislər Kakuçayanın adi həyat tərzinə çevrilib.

Nazirin Osetiyadakı daha bir vəzifəsi Moskvadakı himayədarlarını ərzaqla təmin etmək olub. Sonralar istintaq prosesində bununla bağlı maraqlı faktlar və rəqəmlər üzə çıxıb. Onlardan bir neçəsini qeyd etməklə Kakuçayanın bu sahədəki fəaliyyəti haqqında tam təsəvvür yaratmaq mümkündür. 1943-1946-cı illərdə Kakuçaya mütəmadi olaraq yük vaqonları ilə muxtar respublikanın ərzaq anbarlarından Moskvaya məhsullar göndərib. Hisə verilmiş və dondurulmuş ət və balıq məhsulları, bal, fərqli çeşidlərdə şərab, qoz, meyvə quruları, meyvə və tərəvəzlərin çəkisi tonlarla hesablanıb. Bu məhsullar Beriyaya, Kabulova, Merkulova göndərilib. Maraqlı olan odur ki, dövlət təhlükəsizliyi orqanlarının adları çəkilən rəhbərləri bu qədər ərzağı nəyə və kimə sərf ediblər.

Şimali Osetiyadan sonra Kakuçaya 1947-ci ildə yenidən bir müddət mərkəzi aparatda işləyib, sonra Rostova göndərilib.

Beriyanın həbsindən sonra Kakuçayanın da vəzifə yerdəyişmələrinə son qoyulub. 5 iyul 1953-cü ildə o, “Beriya işi” ilə bağlı həbs edilib. 3 il davam edən istintaq və məhkəmə prosesindən sonra Kakuçaya 15 il azadlıqdan məhrum edilib.

1968-ci ildə azadlığa çıxdıqdan sonra Kakuçaya dəfələrlə Mərkəzi Komitəyə, SSRİ Ali Soveti Rəyasət Heyətinə bəraəti ilə bağlı müraciətlər edib. Bu müraciətlərin hamısı nəticəsiz qalıb.

Varlam Kakuçaya 1982-ci ildə, 77 yaşında Moskvada vəfat edib.

Qeyd edək ki, Kakuçayanın oğlu Olvar Kakuçaya 1985-1991-ci illərdə Kommunist Partiyasinin əsas informasiya və təbliğat proqramı olan “Vremya”-nın baş redaktoru vəzifəsində işləyib.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - Dosye

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

"Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Ən çox oxunanalar