Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlandı - Video, Foto

Yevlax-Ağdam-Laçın yolunun 38 kilometrində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin adları açıqlanıb...

Qafqazinfo”nun məlumatına görə, bunlar 1988-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlu, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlu, 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu və 1988-ci il təvəllüdlü Baxşaliyeva Məfdunə Məhərrəm qızıdır.

***

TƏBİB Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində yaralananlarla bağlı məlumat verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə ilə bağlı 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səyinə baxmayaraq, vəziyyəti ağır olan iki nəfər dünyasını dəyişib. Hazırda bir nəfərin müalicəsinə davam edilir. Vəziyyəti ağırdır”, - deyə məlumatda bildirilib.


***

Bərdədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan biri vəfat edib.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hadisə nəticəsində yaralanan digər şəxsin vəziyyəti ağır olaraq qalır:

“Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

***

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, iki nəqliyyat vasitəsi toqquşub və qəza nəticəsində ölənlər var.

Hadisəni Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən təsdiq ediblər.

İdarənin İcrimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, qəza Yevlaz-Ağdam-Laçın yolunun 38-ci kilometrində Bərdə rayonu Kətəlparaq kənd ərazisində qeydə alınıb:

“Niva” markalı, 90-EA-774 nömrə nişanlı avtomobil ilə “Mercedes” markalı, 34-BK-302 dövlət nömrə nişanlı maşınlar toqquşub. İlkin mılumata görə, qəzada üç nəfər ölüb, iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır”.

Fotolar

pia.az

 


Etiket: yol qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar