Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə 4 800 şəhidin paltarlarının və şəxsi əşyalarının basdırıldığı yer - Foto

Bərdədə şəhid ailələrinin dəstəyilə, 1991-1994-cü illərdə I Qarabağ müharibəsində şəhid olan 4 800 şəhidin paltarlarının basdırıldığı yer abadlaşdırılıb.

Şəhidlərin yuyulması və kəfənlənməsi işlərində iştirak edən axund Ramazan Hüseynov "Report"un Qarabağ bürosuna bildirib ki, şəhidlərin üzərindən çıxarılan qanlı paltarları və şəxsi əşyaları rayon sakinləri ilə birlikdə basdırıblar:

“Biz şəhidlərin meyitlərini yuyub, kəfənlədikdən sonra onların qanlı hərbi paltarlarını və şəxsi əşyalarını rayon sakinləri ilə birlikdə burada basdırdıq. 27-28 ildən sonra şəhidlərin qanlı libaslarının basdırıldığı yer onların ailə üzvlərinin dəstəyi ilə bu gün abadlaşdırılaraq ruhları yad edildi".

Şəhidlərin üzərindən çıxarılan paltarların və şəxsi əşyaların basdırıldığı yerin abadlaşdırlmasında iştirak edən Bərdə şəhər sakini Nərgiz Cəfərova "Report"un yerli bürosuna bildirib ki, onun iki qardaşı I Qarabağ müharibəsində şəhid olub: "Mən sonradan bilmişəm ki, I Qarabağ müharibəsində şəhid olan qardaşlarım Mahir və Tahirin üzərindən qanlı hərbi geyimləri çıxarılaraq burada basdırılıb. Buranın abadlaşdırılmasında əməyi olan hər kəsə təşəkkür edirəm".

Şəhidlərin üzərindən çıxarılan paltarların və şəxsi əşyaların basdırıldığı yer məlum olduqdan sonra Vətən müharibəsi şəhidi Turqut Zeynalovun atası Fikrət Zeynalovun təşəbbüsü ilə həmin yerdə şəhidlərin xatirəsinə abidə ucaldılıb: "Şəhidimizin bu müqəddəs zirvəyə ucalan zaman üzərində olan geyimləri və başqa əşyaları da onların ruhu qədər müqəddəsdir. Şəhidlərin üzərində olan geyimləri və digər əşyaları burada basdırılıb. Biz bu ərazini abadlaşdırıb şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə qoymuşuq və buranı müqəddəsləşdirmişik. Ona görə müqəddəsləşdirmişik ki, gələcək nəsillərə örnək olsun. Vətən uğrunda canından keçən oğullarımızın şəhidlik kimi ali bir məqama ucaldığını və heç vaxt unudulmadığını bir daha gənc nəsilin diqqətinə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur".

Qeyd edək ki, şəhidlərin üzərindən çıxarılan geyimləri və şəxsi əşyalarının basdırıldığı ərazi abadlaşdırıldıqdan sonra burada ağaclar əkilib, ətrafına qırmızı lent çəkilib və çınqıl tökülüb. Bundan başqa, burada şəhidlərin xatirəsinə abidə kompleksinin tikilməsinə də qərar verilib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar