Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəlkə elə sülhməramlıların özləri Azərbaycan ərazilərinə minalar basdırıblar” - Hərbi ekspert

Avqustun 15-də Qarabağda, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində minalanmış sahədən ümumilikdə 991 ədəd Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılıb və bu minalar Azərbaycana bu il gətirilib...

Azad İsazadə: “Ermənistan istehsalı olan PMN-E növlü piyada əleyhinə minaların erməni terrorçularının Azərbaycana Rusiya sülhməramlılarından gizlin gətirilməsi qeyri-mümkündür. Rusiya sülhməramlılarının həmin minaların Azərbaycana gətirilməsindən xəbərləri olub”.

Rusiya sülhməramlılarının ermənilərə minaların gətirilməsində və basdırılmasında kömək etməkləri sülhməramlı missiyayasına heç cür uyğun deyil”.

Bu sözləri hərbi-ekspert Azad İsazadə bir gündə 991 ədəd PMN-E növlü piyada əleyhinə minalafrın Azərbaycan ərazisindən çıxarılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Avqustun 15-də Qarabağda, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində minalanmış sahədən ümumilikdə 991 ədəd Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib. Aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra, yəni 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o demək olur ki, həmin minalar ya ötən ilin sonlarında, ya da bu il Azərbaycana gətirilib. 2020-ci ilin noyabrından sonra isə həmin ərazilərə və Ermənistanla Azərbaycanı biləşdirən “Laçın dəhlizi”nə Rusiya sülhməramlıları nəzarət edib.

Bəs belə olan halda həmin minalar Azərbaycan ərazisinə necə gətirilib və Rusiya sülhməramlıların məsuliyyəti altında olan ərazilərdə torpağa necə basdırılıb? Əgər bütün bunlar Rusiya sülhməramlılarından gizlin həyata keçirilibsə, onda sülhməramlıların “Laçın dəhlizi”ndə və “qoruduqları” ərazilərdə nə işləri var? Axı onlar faktiki olaraq öz vəzifələrinin öhdəsindən gələ bilmir? Yox, əgər Rusiya sülhməramlılarının o minaların Azərbaycana gətirilməsindən və basdırılmasından xəbərləri varsa, onda bu necə sülhməramlı missiyadır?

Hər halda rəsmi Bakı Rusiya sülhməramlıları ilə bağlı bu anlaşılmaz vəziyyətə aydınlıq gətirməlidir.

Bəs bu minaların Azərbaycana Rusiya sülhməramlılarından gizlin gətirilməsi və basdırılması mümkün görünürmü?

Bu minaların Azərbaycana Rusiya sülhməramlılarından gizlin gətirilməsi məsələsini PİA.az-ın əməkdaşı hərbi-ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “Bəlkə hələ rus sülhməramlılarının özləri də ermənilərin minaları Azərbaycana gətirməsinə kömək də edib. Çünki ola bilməz ki, o qədər minaların basdırılmasından heç kəsin xəbəri olmasın”.

Bəlkə sülhməramlıların özlərinin də Azərbaycan ərazilərinə minalar basdırdıqlarını düşünən ekspert PİA.az-a bildirib ki, bu fakt təsdiq olununarsa, o, heç də təəccüblənməz:

Ermənistanda 2021-ci ildə istaehsal olunan PMN-E növlü piyada əleyhinə minaların Azərbaycana Rusiya sülhməramlılarından gizlin gətirilməsi qeyri-mümkündür. Mən hesab edirəm ki, Rusiya sülhməramlılarının həmin minaların Azərbaycana gətirilməsindən xəbərləri olub. Bəlkə hələ rus sülhməramlılarının özləri də ermənilərin minaları Azərbaycana gətirməsinə kömək də edib. Çünki ola bilməz ki, o qədər minaların basdırılmasından heç kəsin xəbəri olmasın.

Əslində, nə Ermənistan, nə də rus sülhməramlıları minalardan xəbərlərinin olmasını gizlətmədilər. Ermənistanın köhnə, yəni 1990-cu illərdə. ya da 2000-ci illərin əvvəlində istehsal olunan minalardan da istifadə etmək istəməmələri də onu göztərir ki, bu nümayişkəranə bir hərəkətdir. Buna görə də ermənilər əllərinin altında nə qədər mina varsa, hamısını gətirib Azərbaycan torpaqlarına basırırlar və bu da Rusiya sülhməramlılarının iştirakı ilə baş verir. Bu özü-özündən aydındır və sübuta da ehtiyacı yoxdur.

Azərbaycan tərəfi tələb etməlidir ki, Rusiya sülhməramlıları bu məsələyə aydınlıq gətirən bir açıqlama versinlər. Çünki Rusiya sülhməramlılarının ermənilərə minaların gətirilməsində və basdırılmasında kömək etməkləri onların sülhməramlı missiyayasına heç cür uyğun deyil və bu əslində hərbi cinayətdir. Çünki həmin minalar müharibədən sonra dülhməramlı kontingentin nəzarət etdiyi ərazilərə basdırılıb.

Sülhməramlılar iki-üç dəfə hesabat veriblər ki, onlar guya hansısa zonaları minalardan təmizləyiblər. Amma reallıqda məlum olur ki, bəlkə sülhməramlıların özləri də Azərbaycan ərazilərinə minalar basdırıblar. Bu xəbər fakt olaraq təsdiq olunsa, mən buna təəccüblənmərəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar