Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevin bıçaqlanmasının təfərrüatı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisəyə səbəb BDU-nun iki əməkdaşını bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyevin əmək müqaviləsini uzadılmaması göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.
***
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
***
BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.
PİA.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Bakı Dövlət Universitetində baş verib.
Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.
pia.az