Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin on elçisi və Ərdoğanın sərt mövqeyi...

Haqsız yerə azadlığı əlindən alınmış bir insan belə önəmlidir, lakin bu problemlərin həlli bu torpaqlardakı hər cür anti-demokratik çevriliş cəhdlərinin, avtokratik rejimlərin və insan hüquqları pozuntularının dəstəkçisi olan səfirlərə düşüb?..

Yasin Aktay
“Yeni Şafak” qəzeti, Türkiyə, 25 oktyabr 2021-ci il

Prezident Rəcəb Tayyib Ərdoğanın 10 ölkənin səfirlərinə qarşı “persona non grata” (istənməyən adam) prosesinin başlanması ilə bağlı mövqeyinin bütün dünyada ciddi əks-səda doğurması tamamilə normaldır. Nə Türkiyədə, nə də dünyanın hər hansı bir yerində daha əvvəl görülməmiş, radikal və analoqu olmayan yanaşma birdən-birə bütün diqqətləri Türkiyəyə çevirdi.

Aydındır ki, Ərdoğanın getdikcə özbaşına idarəçiliyinin konkret nümunəsi olaraq bunu almağa hazır olan bir müştəri bazası da var. Ancaq heç kim deyə bilməz ki, Ərdoğanın bu cür münasibətinə səbəb olan hadisə hər gün rast gəlinən bir vəziyyətdir.

Əslində, dünya diplomatiyası tarixində heç vaxt görünməyən müstəsna hal ondan ibarətdir ki, 10 ölkənin səfirləri hansısa siyasi partiyanın, hərəkatın silahlıları kimi bir yerə yığışıb bir ölkənin istənilən məsələsi ilə bağlı birgə bəyanat verirlər. Səfirlər olduqları ölkədə öz ölkələrini ən yaxşı şəkildə təmsil etməyə və iki ölkə arasında ən yaxşı dialoqu qurmağa borcludurlar. Onları bu konvensiyalardan kənarda belə radikal, qeyri-adi, müstəsna addım atmağa nəyin sövq etdiyini soruşmaq daha məntiqlidir. Çünki Ərdoğanın qeyri-adi görünən reaksiyasına səbəb olan və əslində, Ərdoğana başqa seçim yeri qoymayan, siyasiləşmiş və qeyri-adi hala gələn də elə məhz səfirlərin özüdür.

Olduqca siyasiləşmiş bir məsələ

Fkrimcə, səfirlərin birgə bəyanatına haqq qazandıran Osman Kavala məsələsi artıq çox siyasiləşib. Aydındır ki, bu siyasiləşmə artıq onun işini hüquq prosesindən çıxarıb. Ona qarşı irəli sürülən ittihamlar üçün ədalətli məhkəmə mühiti tamamilə təhrif edilib.

Bir tərəfdən, bu ölkədə və ya hər hansı demokratik ölkədə hər kəsin gücə qarşı çıxmaq hüququ var və bunu ən radikal şəkildə, qanun çərçivəsində, zorakılığa əl atmadan, zorakılıq edənləri dəstəkləmədən etmək hüququ var. Bu hüquqdan istifadə etdiyinə görə heç kəs günahlandırıla və ya mühakimə oluna bilməz.

Digər tərəfdən, Kavala üçün bu şəkildə aparılan kampaniyaların ədalət mühitini daha da korladığını görməmək mümkün deyil. Ərdoğanı “demokratik aktyorlarla” devirmək planı ortadadır. Sual olunur, Baydenin yönləndirməsi ilə on ölkə səfirinin belə bir cəhd etməsi Kavalanı dəstəkləməkdir, yoxsa ondan pis yöndə istifadə etməkdir?

Məhkəmə sistemi haqqında nə qədər ideal fikirlər söyləsəniz və ya mübarizə aparsanız da, günün sonunda gəlib faciəli insan elementi ilə qarşılaşırsınız. İnsan anlayışı humanistlərin tərtib etdiyi suveren insan deyil, siyasi tərəfi, emosiyaları, subyektivliyi və zəif cəhətləri ilə olan insandır.

Təbii ki, bütün institusional və şəxsiyyətsiz pozitiv hüquq axtarışları bu insani ölçünü aradan qaldırmağı hədəfləyir, lakin nəticədə çox da irəli gedilə bilməyəcəyini ortaya qoyur.

Bu səfirlər üçün Kavala maraqlıdırmı?

Yeri gəlmişkən, Türkiyəni müstəmləkə ölkəsi vəziyyətinə salan belə bir müdaxilənin Türkiyədə necə qarşılanacağı və bu hərəkətin Ərdoğana da belə bir reaksiya verməkdən başqa çarəsi qalmayacağı, sözsüz ki, hesablanmışdı. Əks halda, AB ilə əlaqələri çərçivəsində Türkiyənin məhkəmə prosesi artıq Brüsselin təftişinə açıqdır.

Artıq AİHM bu və ya digər məsələlərdə, xüsusən də Kavala məsələsində Türkiyəyə öz rəyini ən aydın şəkildə verib. Bu, hər iki tərəfdən qəbul edilir. Ancaq bu səviyyəni keçməyin və Kavala məsələsinin səfir iğtişaşına çevrilməsinin arxasında Kavaladan da başqa bir planın olduğu açıq-aydın görünür. Səfirlərin narahatlığı Kavalanın azadlığı deyil, onun vasitəsilə Ərdoğanla hesablaşmaqdır. Onlar bilirlər ki, bununla Kavala işini daha da çətinləşdirirlər.

Bu səfirlərin yolu Misir, Suriya və İsrailə gedir?

Əgər onların əsl qayğısı insan haqları və demokratiya idisə, niyə biz onları onilliklər boyu İsrail həbsxanalarında ən pis şəraitdə, sorğu-sualsız saxlanılan fələstinli jurnalistlər, yazıçılar və siyasətçilər ilə həmrəylik içində görmədik? Türkiyənin həbsxanaları oradakılardan qat-qat pisdirmi və vəziyyətlər daha mı təcilidir?

Dünən “Star” qəzetindən Resul Tosun bu barədə bir-bir yazıb. Məsələn, Misirin ilk və yeganə seçilmiş prezidenti həbs edilib, məhkəmə zalında ölümə tərk ediləndə niyə onlar bir sətirlik bəyanat verməyə ehtiyac duymadılar? Yaxud yenə də on minlərlə məhbus ən ağır şərtlər altında sorğu-sualsız ölümə buraxılırsa, o zaman niyə onlar haqqında bir kəlmə də eşitmirik?

Məsələn, Əsəd rejimi minlərlə insanı qətlə yetirərkən, minlərlə qadını həbsxanalarda girov saxladığı halda, bu dövlətlər niyə hüquq və insan haqlarını düşünmürlər?

Bu nümunələr insan hüquqları və dəyərləri və demokratiya baxımından çox daha təcili vəziyyətləri ortaya qoymurmu?

Əlbəttə ki, yenə də haqsız yerə azadlığı əlindən alınmış bir insan belə önəmlidir və bu problem gözardı edilə bilməz. Lakin bu problemlərin həlli bu torpaqlardakı hər cür anti-demokratik çevriliş cəhdlərinin, avtokratik rejimlərin və insan hüquqları pozuntularının dəstəkçisi olan səfirlərə düşüb?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar