Şənbə, 18 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Baydenin İraqla bağlı şübhəli çıxışı... - Təhlil 

ABŞ prezidenti Co Bayden Əfqanıstanla bağlıq qərarından sonra ABŞ qoşunlarının İraqdan da çəkilməsi ilə bağlı qərar qəbul etdiklərini açıqladı. İraq Baş naziri Mustafa əl-Kazıminin ABŞ-səfər etməsi və ABŞ prezidenti Co Baydenlə görüşməsi tərəflər arasında hansısa prosesin getdiyini göstərirdi. Tərəflər arasında keçirilən görüşdən sonra verilən açıqlamada ABŞ-ın İraqdan qoşunlarını ilin sonuna kimi geri çəkməsi haqqında qərarını açıqlaması bəzi şübhələrin yaranmasına səbəb oldu.

Co Bayden bildirib ki, ABŞ hərbi qüvvələrin çəkilməsindən sonra da İraq ordusuna terrorizmlə mübarizə və təlimlərdə dəstək verməyə davam edəcək.

ABŞ prezideni açıqlaması zamanı bəzi qaranlıq fikirlər də səsləndirib. O bildirib ki, "İraqda işlərin yaxşı getdiyinə inanıram. Bu vəziyyətdə İraqdakı rolumuz lazımi məqama hazır olmaq, yardımlar etmək, baş qaldırdıqda İŞİD-lə mübarizə şəklində olacaq. Amma ilin sonuna qədər hərbi missiyamız başa çatacaq”.

Co Baydenin bu çıxışından belə qənaətə gəlmək olar ki, ABŞ İraqda da Əfqanıstan ssenarisi üzər hərəkət edir. ABŞ prezidenti öz çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər isə şübhəli məqamların olmasına açıq işarədir.

ABŞ-ın Əfqanıstandan olduğu kimi İraqdan da tələsik çəkildə çıxması ABŞ-ın regionla bağlı hansısa qaranlıq planlarının olmasına şübhələri artırır. ABŞ sonrası İraqdakı mümkün ssenarilər bu şəkildə ola bilər.

1) Əfqanıstan Talibanın aktivləşməsi və ölkənin əksər ərazilərini nəzarətə götürməsi kimi İraqda da İŞİD-in yenidən aktivləşdirilməsi və regionda qeyri-sabitliyi davam etdirmək, İraqda yerləşən və İrana bağlı silahlı qruplarla İŞİD arasında münaqişəni daha da alovlandırmaq.

2) Şimali İraqda Kürdistan Muxtariyyətinə dəstəyini artırmaq və Şimalda Peşmərgəni İraq mərkəzi hökumətinə qarşı daimi təziq vasitəsi kimi istifadə etmək.

3) PKK, PYD, YPG və digər terror təşkilatlarının fəaliyyətini aktivləşdirmək, onları silah-sursatla təmin etmək və bu terror qrupları vasitəsi ilə Türkiyəyə təsir etmək cəhdləri.

4) Daha çox hissəsi Şimali İraqda yerləşən İraq neft sənayesini Kürdistan Muxtariyyəti vasitəsi ilə nəzarətdə saxlamaq.

Görünən odur ki, Yaxın Şərqdə yenidən vəziyyət gərginləşməyə doğru getməkdədir. İraqda yaranacaq növbəti qeyri-sabitlik demək olar ki, bütün Yaxın Şərqə öz təsirini göstərə bilər.

Samir Hümbətov - Politoloq
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sergey Lavrov rəsmi səfərlərə sevgilisi ilə gedir, o cümlədən Azərbaycana da… – Video

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

Azərbaycan polisi diversantlara çörək aparan erməni maşınını saxladı

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - Foto

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək -  Foto

Azərbaycan polisi qondarma “bayrağ”ı maşınların üzərindən süngü ilə qazıdı - Video

"Diqqət: Hacı Nuranın 4-cü dalğası başlayıb"

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi

KTMT-də sədrlik Ermənistana keçdi... - Azərbaycan üçün təhlükə var?

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

Ermənistan Laçın şəhərini və daha 8 kəndi öz nəzarətində saxlamaq istəyir... - Sabiq nazirdən şərh

Ən çox oxunanalar