Bazar, 02 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydendən Azərbaycanı hiddətləndirəcək təbrik: "Dağlıq Qarabağ xalqı..."

ABŞ prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü münasibətilə Paşinyana məktub yazıb...

"Biz erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik"

Bu sətirlər ABŞ prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü münasibətilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubundandır.
Ətraflı

Məktubda Bayden bildirir ki, "Müstəqillik günü münasibətilə Amerika Birləşmiş Ştatları adından erməni xalqına ən səmimi təbriklərimi çatdırıram! Biz bundan sonra da erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləyəcəyik. Sentyabrın 21-də biz sizin demokratiyaya sadiqliyinizi, ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq əlaqələrini qeyd etmək üçün erməni xalqına qoşuluruq. Son döyüşlər diplomatiyamızı ikiqat artırmağın zəruriliyini vurğulayır ki, Ermənistan öz qonşuları ilə münasibətləri normallaşdırmaq da daxil olmaqla, firavan və dinc gələcəyə baxa bilsin. Son hücumların qurbanlarına başsağlığı veririk. Regionda sabitliyin təmin edilməsi səylərinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və başqaları ilə işləməyə sadiq qalırıq".

Göründüyü kimi, C.Bayden məktubunda diplomatik və beynəlxalq sədləri kobudcasına aşaraq Azərbaycanın suveren ərazisində yaşayan erməni azlığını "Dağlıq Qarabağ xalqı" adlandırır. Bu qondarma təqdimat ABŞ rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən addımlarının davamıdır

pia.az


Etiket: Paşinyan Bayden


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

Kadırov Krasnıy Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Rəhim Rəhimli xəstəxana xərclərini ödəyə bilmirmiş...

Van Dammın azərbaycanlı gəlinindən qayınanasına təbrik - Foto

İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirak edib - Yenilənib + Foto

Kremlin planı - Azərbaycan və Ermənistan üçün nələr hazırlanır?

Ən çox oxunanalar