Cümə, 06 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bayden-Putin görüşündə Qarabağ müzakirəsi niyə gizlədilir? – Maksim Şevçenko açıqladı - Video

“Bayden və Putin görüşündən sonra dünyada ikinci ən önəmli hadisə Şuşada imzalanan bəyannamədir. Sənəddəki vacib punktlardan biri də odur ki, Ankara və Bakı Azərbaycan ordusunu yenidən formalaşdırılacaqlar. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiya Azərbaycanı tamamilə itirdi. Bunu hələ o vaxt Heydər Əliyev başlatmışdı. Çünki Azərbaycanın lideri görürdü ki, Rusiya erməniləri dəstəkləyir”.

Bizim.Media xəbər verir ki, bu sözləri rusiyalı politoloq, bloger, ictimai fəal Maksim Şevçenko bidirib.

Özünün “YouTube” səhifəsində bölüşdüyü videoda Maksim onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycanın silahlı qüvvələrinin birgə fəaliyyəti çox ciddi məsələdir:

“Düşünürəm ki, bu, Rusiyanın buraxdığı boşluqdur. Çünki konflikti hərbi yolla həll səviyyəsinə gətirmək lazım deyildi. Bununla da Moskva Türkiyə silahlı qüvvələrinin qanuni yolla Azərbaycanda fəaliyyət göstərməsinə imkan yaratdı. Ölümcül səhv olmasa da, bu, Rusiyanın yanlışıdır. Çünki Azərbaycan kimi Türkiyə də Rusiyaya qarşı düşmən ölkə deyil. Tərəfdarıyam ki, Kreml həm Ankara, həm də Bakı ilə hərbi əməkdaşlığı möhkəmləndirsin. Amma Bayden bunu istəyirmi? Əminəm ki, Co Bayden buna qarşıdır. Çünki Ağ Evin elə ilk tələblərindən biri də Türkiyənin Moskvadan S-400 almasına maneə yaratmaqdır.

Şuşa bəyannaməsinin digər bəndində yer alıb ki, tərəflərdən hər hansısa birinin ərazi bütövlüyü, beynəlxalq tanınan sərhədləri üçüncü bir dövlət tərəfindən pozularsa, digər dövlət məsələyə müdaxilə edə bilər.

Yəni, ermənilər “Artsax” dedikləri qondarma rejim uğrunda savaşa qalxsalar, Türkiyə müharibəyə qoşula bilər. Heç də təsadüfi deyil ki, Şuşa bəyannaməsi Cenevrədəki Putin-Ərdoğan görüşü ilə eyni gündə idi.

Çünki Şuşada bilirdilər ki, Cenevrədə ABŞRusiya liderləri Qarabağı müzakirə edəcəklər və Baydenlə Ərdoğan Qarabağ ətrafında danışıblar. Mən əminəm ki, müzakirə ediblər. Mətbuat konfranslarına ən vacib məsələ çıxarılmır. Mətbuat konfranslarında fikir yayındırmaq xarakterli suallar, mövzular qoyulur. Türkiyə ilə Azərbaycan arasında kosmik və regional əməkdaşlıq bölümlərində də önəmli faktlar var. Amma sənəddəki əsas bəndlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır.

Koridorla bağlı Ərdoğan ermənilərə səsləndi ki, niyə bu dəhlizin açılmasını istəmirsiniz? Bu dəhliz vasitəsilə qatara oturub Moskvaya da gələ biləcəksiniz. Koridor region dövlətləri arasında münasibətləri dəyişəcək. İqtisadi faydaları da hədsiz çoxdur”.

Şevçenkonun sözlərinə görə, sənədin bəzi bəndləri Bayden-Putin görüşünə cavabdır. Amma Türkiyə-Azərbaycan əməkdaşlığının belə möhkəmlənməsinin əsas səbəbi Rusiyadakı erməni lobbisidir:

“Burada ali siyasi institutları da qeyd etməliyik. Çünki həmin dairələr uzun illər Cənubi Qafqazda Ruysiyanın yeganə tərəfdaşı kimi Ermənistanı göstərirdilər. Amma Rusiya ilə Türkiyə arasında körpü ola biləcək varlı Azərbaycanı düşmən kimi təbliğ edirdilər”.

Şevçenko Rusiyanın Azərbaycanla əməkdaşlığına hər zaman çalışan ekspertlərin də adını açıqladı və onların arasında Sergey Markov, Aleksandr Proxanov, İqor Korotçenko, Aleksandr Duqin kimi adları sadaladı.

Bununla yanaşı Azərbaycan oxucusu haqlı mövqeyinə görə elə Maksim Şevçenko qədər Oleq Kuznetsov kimi ruslara da hörmət edir.

Bəyannamə barədə Petrosyanın ağıllı fikrilər söylədiyini xatırladan Şevçenko sağlam düşüncə tərzini Koçaryan kimilərinin yalançı və mənasız savaş vədləri ilə müqayisə etdi. Digər tərəfdən, Şevçenko Ermənistan XİN-in Şuşa bəyannaməsilə bağlı absurd bəyanatını da gülüş hədəfinə çevirdi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AZTV-nin sədri bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - Fotolar

Bakıda bu rayon ləğv olunur – Yeni mərkəzi rayon da yaradılır...

Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda 560 milyon dollara futbol klubu alır

Deputat Operativ Qərargahın qərarına etiraz etdi

Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - Faktlar

Ramil Yusifov “Azərişıq” ASC-yə sədr gətilir? – İddia

“Müharibədə gözünü itirən vətəndaş: “İcra hakimiyyəti bizə 15 min manatdan cəmi 2 min verib”

“Azərbaycan hərbçilərini öldürün” - Ermənistanın Müdafiə naziri təxribat xarakterli əmr verdi

Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"

İşğaldan azad olunan Ağdamda yeni talan – Məmur köhnə artezian quyularının borularını hara daşıyır…

Yelisey sarayı: “İlham Əliyev və Emmanuel Makron arasında razılıq əldə olundu”

“Shaurma 1” restoranlarının sahibi şərikinin 9 milyon manatını ələ keçirib – Artıq ölkəni tərk etdiyi bildirilir

Ən çox oxunanalar