Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədi imzalayıb

ABŞ Prezidenti Co Bayden ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədini imzalayıb.

APA-nın “Reuters“ə istinadən xəbərinə görə, Bayden ölkəsinin ratifikasiya sənədini imzalayaraq hər iki ölkənin alyansa üzvlüyünü alqışlayıb. Sənədin imzalanması ABŞ-ın sözügedən ölkələrin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı sonuncu addımdır.

Bayden qeyd edib ki, sənədin imzalanması Alyans üçün dönüş nöqtəsidir və bu, sadəcə AvropaABŞ üçün deyil, bütün dünyada daha güclü sülh və sabitlik üçün önəmlidir.

Ötən həftə ABŞ Senatında keçirilən səsvermədə senatorlar 95 lehinə, 1 əleyhinə olmaqla Alyansın genişlənməsini dəstəkləyib. Senatdakı şiddətlli qütbləşməyə baxmayaraq, həm demokrat, həm də respublikaçı senatorlar hər iki skandinav ölkəsinin alyansa üzvlüyünü güclü şəkildə dəstəkləyiblər.

Qeyd edək ki, İsveç və Finlandiya bu il fevralın 24-də Rusiyanın Ukraynanı işğalına başlamasına cavab olaraq NATO-ya üvlüklə bağlı müraciət ediblər.

Hər iki ölkənin NATO-ya qəbul edilməsi və 5-ci maddə ilə qorunması üçün əvvəlcə 30 üzv ölkənin hər birinin parlamentində üzvlük qərarı ratifikasiya edilməlidir.

Ratifikasiya prosesinin bir ilə qədər çəkə biləcəyi billdirilir. Artıq Kanada, Almaniya və İtaliya da qərarı təsdiqləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar