Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baxışı qadınları əridən, heç vaxt evlənməyən məşhurun ən böyük peşmanlığı...

O bir dönəmin ən yaraşıqlı aktyorlarından idi. Həm gənclik, həm ömrünün orta yaş dövründə, həm də qocalığında öz xarizması ilə heyran edirdi. Tanrı onu hər kəs sevsin deyə yaratmışdı sanki. Söhbət Yeşilçamın əfsanə oyunçusu, son illərdə adından çox "Tatar Ramazan" kimi anılan rejissor, ssenari müəllifi, möhtəşəm aktyor Kadir İnanırdan gedir.

Kadir İnanır 1949-cu il aprelin 15-də Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün ailəsində dünyaya gəlib. O, böyük bir ailənin son uşağı idi. Özündən böyük 14 qardaş-bacısı vardı. Belə bir ailədə həyatı üçün çabalamaq yaşam tərzinə çevrilmişdi. Müxtəlif məktəb yarışlarında qabiliyyətlərini nümayiş etdirirdi.

Marmara Universitetinin "Ünsiyyət" fakültəsinin "Radio-Televiziya" hissəsini bitirdikdən sonra 1967-ci ildə “Səs” jurnalının təşkil etdiyi "Film Sənətçisi Yarışı"nda finala yüksəldi. Bir il sonra “Gizlənpaç” qəzetinin keçirdiyi "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu və diqqət çəkdi.

Beləcə, Türkiyə çox böyük bir sənətkar qazanmış oldu. 1970-ci ildə “Qara gözlüm” filmində Türkan Şorayla baş rollara çəkildi və türk tamaşaçısı onları ayrılmaz cütlük elan elədi.

İllər sonra Türkan Şoray 50 illik karyerasında ən çox zövq aldığı tərəf müqabili kimi Kadir İnanırın adını çəkir. Şorayın bu açıqlamasından həmkarı iciyir.

"İllərdir ki, onun adını çəkirəm. Amma o, heç vaxt adımı anmır. Odur ki, ondan bir az küsmüşəm. Kadir çox paxıldır, sizcə də, elə deyilmi?”, desə də, sonra bunun zarafat olduğunu demişdi.

Kadir İnanır 192 filmdə rol alıb. Dəfələrlə ən yaxşı kişi aktyor nominasiyasında qalib seçilib. O sərt, romantik türk kişi rollarına xüsusi cazibə qataraq oyanyırdı. Sevgi dolu baxışları qarşısında qadınlar, qəzəbli baxışları qarşısında kişilər əriyirdi.

“Tatar Ramaza” və “Selvi Boylum Al Yazmalım” ilə yaddaşlarda dərin iz buraxan aktyor 2019-cu ildə “Qapı” filminə çəkildikdən sonra karyerasına son verdiyini elan etdi.

Kadir İnanır rəsmən evil olmayıb. Lakin 1999-cu ildən bu yana Jülidə Kuralla birlikdədir. Jülidə ən çətin günlərində onun əlini buraxmayıb. Bu böyük sevgi möhürsüz, ştampsız ürəklərə qazılıb. Onlar 23 ildə nə evləndilər, nə də ayrıldılar. 57 yaşlı Jülidə teatr aktrisasıdır.

2012-ci ilin fevral ayında yırtıq disk əməliyyatı keçirən İnanır, daha sonra ciyərlərindəki şiş səbəbiylə başqa bir əməliyyat da keçirdi. Lakin sağaldıqdan sonra yenidən ekranlara döndü. Ötən il böyük aktyorun damarlarında tromb aşkarlandı və beyin insultu keçirdi. 22 gün xəstəxanda ciddi həkim nəzarəti altında qaldı. 73 yaşlı Kadir İnanırın son görüntüləri bu günlərdə yayılıb. Aktyorun xeyli zəiflədiyi, arıqlayıb, əldən düşdüyü görünür.

Bir zamanlar ürəkləri fəth edən böyük adamın qüssəli görüntüsü hər kəsi kədərləndirir. Əslində o özü də kimsənin yadında çirkin və zəif qalmamaq üçün çalışır. Buna görə də paparatsilərə, qəfil yanaşan müxbirlərə çox sərt cavablar verir.

Bir dəfə verdiyi müsahibəsində Türkiyənin ən zəngin adamı olduğunu bildirmişdi:

“Hansı evə getsəm, mənim üçün möhtəşəm süfrə qurulur. Sevilirəm. Bundan böyük zənginlik ola bilməz”.

O rollarındakı kimi həyatda da sərt biri olduğunu, başqalarının dərdini görərkən əylənməyin mümkün olmadığını dilə gətirmiş, buna görə bir çoxları ilə məsafəli davrandığını demişdi. Həyatının ən böyük peşmanlığı olaraq, ustad sənətkar siqareti göstərmişdi:

“Siqaretdən ayrıldıqdan sonra yaşamağa başlamışam”.

Bir də qadınları çox sevdiyini, onları yaxşı anladığını söyləmişdi.

Sərvəti barədə çox danışmayan Kadir inanırın doğulduğu Fatsda bir ferması, fındıq bağları var. Son bir neçə ildə İstanbulda daşınmaz əmlaka investisiya yatırıb, çox böyük bir villa aldığı da yazılıb. Siyasəti dərindən izləsə də, siyasətə qatılmayıb. Çünki özü kimi düşünən insanların sayı azdır. Halbuki bir dəfə əl eləsə, bəlkə də arxasınca milyonlarla insan düşüb gedəcəkdi. Kadir İnanır bəlkə özü inanmır, amma xalq ona inanır.(Lent.az)

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar