Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” – Nazirə sərt ittiham

Partiya sədrinin sözlərinə görə, bu gün məktəblər şagirdləri milli ruhda tərbiyə olunmur...

“Günah birbaşa Təhsil Nazirliyində, təhsildən xəbəri belə olmayan nazirdədir. O adamın başı keçəldir, elə bilir ki, hər şeyi bilir. Amma heç nəyi bilmir...”

Bu sözləri Yenisabah.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. 

Azərbaycanda 2021-ci ildə ana olan məktəb şagirdlərinin statistikasından danışan partiya sədri rəqəmlərin tükürpədici olduğunu vurğulayıb.

O, bildirib ki, bu məsələdə günah məhz Təhsil Nazirliyindədir:

“Gətirib Emin Əmrullayevi xalqın gələcəyini quran bir yerə nazir qoyublar, gələcəyi puç edir. Ona görə orta məktəbdə oxuyanlar da ana olur.

Bu Azərbaycanda, ümumiyyətlə, dünyada görünməmiş haldır. Əgər təhsil naziri bir gün sinifdə oturmayıbsa, bir saat şagirdlərə dərs deməyibsə, ondan necə nazir ola bilər?!

Bu məsələdə günahı valideynlərdə görmürəm. Mən dəfələrlə demişəm. Buna görə hətta mənim dostlarım da bəzən məni qınayırlar ki, niyə həqiqəti bu qədər sərt danışırsan? Amma haqqı deməliyik. Düşünürəm ki, bu cür işlərin kökü gedib Təhsil Nazirliyinə çıxır. Təhsil naziri təcili surətdə istefa verməlidir, ağır olmalı, deməlidir ki, mən bu sahəni bacarmıram, məni bu posta təklif edən adam dövləti də, xalqı da aldadıb. Fikrimcə, biz çox böyük bir biabırçılığın astanasındayıq, bu xoşagəlməyən haldır, mən bunu qəbul edə bilmirəm”.

H.Hacıyevin sözlərinə görə, bu gün məktəblər şagirdləri milli ruhda tərbiyə olunmur:

“Hamımızın övladı var, bizim gələcəyimiz gənclərdən asılıdır. Biz gəncləri qoruyub-saxlaya, onlara kömək edə bilmirik. Biz gəncləri milli adət-ənənə uğrunda mübarizəyə səsləyə bilmirik. Onlara milli ruhda tərbiyə verilməsində məktəblərin rolu sıfıra yaxındır. Buna görə də gələcəyimiz sual altındadır. Mən çox təəssüf edirəm ki, Azərbaycana təhsilə belə bir nazir rəhbərlik edir. Onu tanımıram, nə də münasibətim var. Emin Əmrullayevlə heç bir qərəzim yoxdur, sadəcə olaraq, onun Azərbaycan təhsilinə olan münasibəti məni çox narahat edir və düşünürəm ki, onun haqqında ciddi düşünmək lazımdır”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanda 2021-ci ildə 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb. Statistikada qeyd olunur ki, onların 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri isə 16 yaşlı analardır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Ən çox oxunanalar