Çərşənbə, 26 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikaları açıqlayıb

"Amnistiya Aktını zəfərin mərhəmət təntənəsi kimi adlandırmaq olar. Bu, humanist bir addımdır".

PİA.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

“Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinayət törətmiş şəxslər, həm də məhkum olunmuş şəxslərə tətbiq olunub. Bu günə qədər amnitsiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən son bir ay ərzində 53 şəxs, FHN tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib.

Ən çox Amnistiya Aktı Bakı şəhərində tətbiq edilir. Daha sonra, Salyan, Sumqayıt, Xırdalan, Gəncə və s. rayonlarda da Amnistiya Aktı tətbiq edilir. Müxtəlif rejimli çəzaçəkmə məntəqələrinə diqqət yetirilən zaman isə 5 saylı cəzaçəkmə müəssisəsi ön sıralarda gedir”, - o vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi vəfat edib - Təfərrüat, Yenilənib

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - Yenilənib

“Moskva ildırımsürətli hücum hazırlayıb, hədəf paytaxtı tutmaqdır..” 

Qərb ölkələri Ukraynadan diplomatlarını çıxarır... - Böyük müharibənin astanasındayıq?..

"Putinin yerinə olsaydım, Ukraynanı çoxdan ələ keçirərdim" - Kadırov

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçılara və terrorçulara pul ayırır - Azərbaycan isə susur?..

DGK əməkdaşları ilə əlaqədar 20-yə yaxın korrupsiya faktı aşkar edildi

10 minlərlə şagirdi saxta məlumatlarla “zəhərləyənlər” kimlərdir? - Sensasion faktlar

Ən çox oxunanalar