Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokuror İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşdü - Foto

Yanvarın 28-də Baş prokuror Kamran Əliyev Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Prokurorluğu ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əlaqələrin səmərəliliyini qeyd edən Baş prokuror, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan mütərəqqi islahatlar haqda məlumat verib.

Kamran Əliyev qeyd edib ki, prokurorluq orqanlarında İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Məhkəmənin presedent hüququnun öyrənilməsi və implementasiyasına xüsusi önəm verilir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan Prokurorluğunun gələcək əməkdaşlıq perspektivləri, o cümlədən prokurorların məhkəməyə təlim-tədris səfərlərinin təşkili, məhkəmənin hakimləri tərəfindən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının konfranslarında hüquq elminin müxtəlif sahələri üzrə aktual məsələlərə həsr olunan mühazirələrlə çıxışları ətrafında müzakirə aparılıb.

Həmçinin, Avropa Şurası və onun qurumları ilə əməkdaşlıq məsələlərindən məmnunluq ifadə olunaraq bu yaxınlarda Azərbaycan prokurorluğunun nümayəndəsinin Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratında müsabiqədə uğur qazanaraq 1 illik staj keçəcəyi qeyd olundu.

Görüşdə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar