Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokuror Ermənistanla sərhədə gedib - Fotolar

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin işğaldan azad edilən ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında 01 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar KəlbəcərQubadlı rayonlarında müvafiq hərbi prokurorluqların inzibati binalarının inşasına başlanılaraq qısa vaxt ərzində inşası başa çatdırılıb.

Baş Prokurorluqdan PİA.az-a verilən məlumata görə, sentyabrın 26-ı və 27-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Respublika Baş Prokurorluğunun və Hərbi Prokurorluğun rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti KəlbəcərQubadlı rayonlarında səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti KəlbəcərQubadlı Hərbi Prokurorluqlarının yeni inzibati binaların açılış mərasimində iştirak edib.

Açılış mərasimlərində çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.

Ölkə Prezidenti tərəfindən prokurorluq orqanlarının inkişafına daim diqqət göstərildiyi vurğulanmaqla yeni inzibati binaların istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğu qeyd edilib.

Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Baş Prokuror hər iki hərbi prokurorluğun, eləcə də KəlbəcərQubadlı Rayon Prokurorluqlarının əməkdaşları ilə görüşüb, onlara fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini vermiş, daha sonra inzibati binaların həyətində ağaclar əkilmiş və digər abadlıq işləri görülüb.

Həmçinin Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev də hərbi prokurorluqlarda yaradılmış iş şəraiti ilə tanış olaraq əməkdaşlarla görüşüb fəaliyyətlərində uğurlar arzu edib.

Səfər çərçivəsində Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə, eləcə də Qubadlı rayonunda DSX-ın N saylı hərbi hissəsində xidmətdə olan hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara Baş Prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkilib.

Bundan başqa, heyət səyyar hospitalda müalicə alan hərbçilər ilə görüşərək onların müalicə vəziyyəti ilə maraqlanıb.

Sentyabrın 27-də - Anım Günündə Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlər üçün yaradılmış abidə ziyarət edilib, orada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar