Bazar, 05 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokuror: "Azərbaycan insan hüquqları ilə bağlı çoxsaylı sənədlərə qoşulub"

"Azərbaycan insan hüquqları ilə bağlı çoxsaylı sənədlərə qoşulub".

PİA.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, insan hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsi olub:

"Bütün insanların bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını təsbit edən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında hər bir demokratik dövlət tərəfindən tanınmalı və müdafiə edilməli olan fundamental insan hüquqlarının və əsas azadlıqların dairəsi müəyyən olunub. İnsanların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq onların hüquq və azadlıqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürüb".

Kamran Əliyev qeyd edib ki, Azərbaycanda beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya qəbul edilib:

"Vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, Avropa yönümlü inkişaf strategiyasının seçilməsi ilə bu gün də davam edən inkişafın təməlini qoymuş Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş genişmiqyaslı islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə edilmiş, müstəqilliyimizin və suverenliyimizin əsasları daha da möhkəmləndirilmiş, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmış, dünya birliyinə inteqrasiya dönməz xarakter alıb".

pia.az 


Etiket: Kamran Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi: Yeni cərimələr

Deputatın maşını xarab olub yolda qaldı - Fotolar

Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik

Ürək problemlərinə işarə edən 8 vacib simptom

Naxçıvan onmilyonlarla manat yeyinti olan qurumda yenidən yoxlamalar başladı

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib -Yenilənib

Azərbaycanda ata qızlarına işgəncə verib, spirtli içki içməyə məcbur etdi

Ən çox oxunanalar