Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazirdən müəmmalı açıqlama... - 44 günlük müharibədə Rusiya kimə kömək göstərib?

“44 günlük Qarabağ müharibəsi zamanı Rusiyanın göstərdiyi köməyi yüksək qiymətləndiririk.” Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinlə Moskvadakı görüşü zamanı deyib.

Doğrusu, Əli Əsədovun nəyi nəzərdə tutduğunu, müharibə zamanı Rusiyanın Azərbaycana hansı köməyi göstərdiyini anlamaq bir qədər çətindir. Əgər bu fikri Ermənistanın Baş naziri səsləndirsəydi (necə ki, səsləndirib), bunu anlamaq olardı. Çünki məhz Rusiyanın Ermənistanı Azərbaycan Ordusunun “əlindən aldığı”, Qarabağdakı separatçıları ümidləndirdiyi, onlara sahib çıxdığı, müharibənin gedişində bu işğalçı ölkəyə tam, hərtərəfli dəstək verdiyi heç kimə sirr deyil.

Vladimir Putin özü şəxsən Rusiyanın bu müharibədə Ermənistana mümkün olan hər cür dəstəyi göstərdiklərini etiraf etdi.

Azərbaycan Prezidenti də açıq şəkildə Rusiyadan Ermənistana müharibə dövründə silah daşındığını bəyan etdi.

44 gün ərzində gecə-gündüz Rusiyanın rəsmi telekanalları, media qurumları Azərbaycanın əleyhinə təbliğat apardı, Duma üzvlərindən tutmuş hökumət rəsmilərinə qədər Azərbaycanı hədələməyən qalmadı, guya xaricdən gətirilmiş “terrorçularla”, “erməni tarixi abidələrinin dağıdılmasıyla” bağlı yalan və böhtan söyləməyən şərhçi, siyasətçi olmadı. BMT-də Fransa ilə birgə Azərbaycanın əleyhinə qətnamə çıxartdırmaq istəyən də Rusiya idi.

Hələ Şuşaya atılan “İsgəndər-M” və Bakı istiqamətində atılan raketləri demirik. Bu barədə də Azərbaycan Prezidentinin özü Rusiyanı qınayan və hesabat tələb edən açıqlama verdi.

Yaxşı, müharibə günlərində(hələ müharibədən əvvəl və sonra baş verənləri demirik-C.M) Rusiyanın Ermənistana açıq dəstəyini sübut edən bütün bu sadaladığımız və saydıqca da qurtarmayan fəaliyyətlərdən sonra Əli Əsədov Rusiyanın müharibə zamanı bizə göstərdiyi hansı köməyi yüksək qiymətləndirir?

Axı, burada olsa-olsa, müharibədən sonra bölgədə sülhün bərqərar olması üçün atdığı addımlara görə Rusiyaya minnətdarlıq etmək olar - o da diplomatiya, yaxud nəzakət xatirinə...

Doğrusu, burada iki mülahizə irəli sürmək olar. Ya Baş nazir bu ifadəni kinayə, yaxud zarafatla işlədib, ya da görünür, rus dilində də fikrini düzgün ifadə etməkdə çətinlik çəkib.

Birinci variant bir o qədər ağlabatan deyil, çünki Əsədov kifayət qədər ciddi adam təsiri bağışlayır və həmkarı ilə belə zarafat etməz...

İkinci varianta gəlincə, bəlkə bizim mətbuatın tərcümə xətasına yol verdiyini düşünüb, Baş nazirin dediklərinin orijinaldakı, yən rus dilindəki variantına baxdıq və gördük ki, tərcümə xətası da yoxdur: “Мы высоко оцениваем содействие, оказанное Россией во время 44-дневной Карабахской войны”.

Bax, belə...

(Cəlal Məmmədov, “AzPolitika.info”)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar