Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Nazir tenderlərlə bağlı qaydaya dəyişikliklə bağlı qərar imzaladı

Nazirlər Kabineti “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla güzəştlərin tətbiqi qaydasında dəyişiklik olunub.

Belə ki, indiyədək satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edirdi.

Yeni qərarla satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər), o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallar üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edəcək.

Dövlət satınalmalarında iştirak etmək istəyən yerli malgöndərən satınalan təşkilata təqdim etdiyi tender təklifinə malının yerli olmasını təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənşə sənədini əlavə edir.

Bununla yanaşı, dərman vasitələrinin istehsal prosesinin qablaşdırma mərhələsi ilə bağlı tender təklifində isə Azərbaycan Respublikası Prezidentinin fərmanının nömrə və tarixi qeyd ediləcək və belə fəaliyyətlə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti tender təklifinə əlavə ediləcək.

Bu Qərarın 2-ci və 3-cü hissələri 2020-ci il iyunun 1-dən 5 (beş) il müddətinədək qüvvədədir.

pia.az


Etiket: Əli Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar