Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Baş nazir: “İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq”

Bu gün Brüsseldə Türkiyə, Finlandiya və İsveç rəsmiləri arasında müzakirələrin növbəti raundu keçirilib.

PİA.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, ötən şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı yaxşı və konstruktiv olub.

"Bu gün səhər Brüsseldə Türkiyə, İsveç və Finlandiya rəsmiləri arasında müzakirələrin növbəti raundu baş tutdu. Mən ümid edirəm ki, müzakirələr yaxın gələcəkdə uğurla nəticələnəcək. Bu bizim üzvlük prosesinin tez zamanda başlamasına yola açacaq. İsveç və Finlandiya Türkiyə də daxil olmaqla bütövlükdə NATO-nun təhlükəsizliyinə töhfə verəcək", - o vurğulayıb.

İsveçin Baş naziri bildirib ki, onun ölkəsinin təhlükəsizlik orqanları Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı müracətini diqqətlə nəzərdən keçirir və ekstradisiyalarla bağlı Avropa Konvensiyasına uyğun olaraq qərar veriləcək.

"İsveç NATO-nun terrorla mübarizə səylərinə dəstək verməyə sadiqdir. Bizim PKK ilə bağlı mövqeyimiz aydındır, bu təşkilat İsveçdə və Aİ-də terrorçu kimi tanınıb.

İsveç terrorçular üçün təhlükəsiz sığınacaq deyil və olmayacaq", - Baş nazir vurğulayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İntim videoları yayılan polkovnik saxlanıldı: Rütbəsi geri alındı – Yenilənib

Siyavuş Novruzov FHN əməkdaşlarının görüntüləri barədə: "Elə bil, xüsusi nəsə baş verib"

Arəstə Baxışovanın anasından Qurban Məmmədova: "Azərbaycana gəl, sənin dərsini versinlər"

Tramp Ziya Məmmədovu məhkəməyə verir – Qalmaqalın şok səbəbi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda Müslüm Maqomayevin abidəsinin açılışında iştirak edib - Yenilənib

Tahir Kərimli: “Əxlaqsızlıq tüğyan etməyə başlayanda lokallaşdırmalı idik, meşə bir kibritlə yanır...”

Ukraynada müharibəni kim başlayıb? - Qərb, yoxsa Rusiya?...

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

“Sürməli” ilə Sumqayıt hadisələri arasındakı əlaqə: Partlayışın pərdəarxasında bu qüvvə var...

Prezidentin general rütbəsi verdiyi hərbçilər kimdir? - Siyahı

Ən çox oxunanalar