Bazar, 02 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Nazir: "Gələn il sosialyönlü xərclər bu illə müqayisədə 9,2 % çox olacaq"

Növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq...

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində sosialyönlü xərclər 2022-ci illə müqayisədə 9,2 % çox nəzərdə tutulub.

PİA.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasda bildirib.

O, əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb, qeyd edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırlıb.

Hökumət başçısının sözlərinə görə, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.

pia.az




Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

Kadırov Krasnıy Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Rəhim Rəhimli xəstəxana xərclərini ödəyə bilmirmiş...

Van Dammın azərbaycanlı gəlinindən qayınanasına təbrik - Foto

İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirak edib - Yenilənib + Foto

Kremlin planı - Azərbaycan və Ermənistan üçün nələr hazırlanır?

Ən çox oxunanalar