Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş katib: "TDT gələn il Şuşanın tanıdılması üçün irimiqyaslı tədbirlər keçirəcək"

"Türk Dövlətləri Təşkilatı (TDT) Şuşa şəhərinin türk dünyasının mədəniyyət mərkəzi kimi tanıdılması üçün gələn il üzv ölkələrin müvafiq qurumları ilə birgə irimiqyaslı tədbirlər keçirəcək, layihələr reallaşdıracaq"...

Bunu "Report"un Türkiyə bürosuna eksklüziv açıqlamasında TDT-nin yeni Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Onun sözlərinə görə, bu fəaliyyətlər xüsusilə Şuşanın, Qarabağın və bütövlükdə Azərbaycanın beynəlxalq aləmdə daha geniş şəkildə tanınması üçün əlavə mexanizm rolunu oynaması üçün nəzərdə tutulub.

Baş katib həmçinin deyib ki, indiki geosiyasi mühitdə türk dövlətlərinin birliyi vacib əhəmiyyət daşıyır: "Çünki xalqlarımızı ortaq keçmiş, mədəniyyət, dil və din birləşdirir. Bu da bizə çox böyük güc verir. Hazırda TDT-ni formalaşdıran dövlətlərin bir-biri ilə heç bir siyasi fikir ayrılığı yoxdur. Dünyada və regionumuzda baş verən proses və hadisələrə yanaşmalarında yaxınlıq bizi daha da gücləndirir. Müasir dövrdə birjadankənar ticarətin əsas məqsədi iqtisadi diplomatiyanı inkişaf etdirmək və genişləndirmək olduğundan bu mövzu da olduqca aktualdır və daim diqqət mərkəzimizdədir".

K.Ömüralıyev qurumun yeni rəhbəri kimi əsas vəzifəsinin üzv ölkələrin dövlət başçılarının qəbul etdiyi qərarların yerinə yetirilməsini təmin etmək olduğunu da vurğulayıb: "Artıq TDT-nin Səmərqənddə keçirilmiş sammitində əldə edilmiş razılaşmaların icrası üçün strategiyanın hazırlanması üzərində işləyirik. Eyni zamanda nəqliyyat, logistika, gömrük kimi sahələrdə də əldə edilmiş razılaşmaların fəaliyyət sferasının genişləndirəcəyik".

Qeyd edək ki, bu il noyabrın 11-də Özbəkistanın Səmərqənddə şəhərində TDT-yə üzv ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirilib. Toplantıda Qırğız Respublikasının nümayəndəsi Kubanıçbek Ömüraliyev TDT-nin yeni Baş katibi təyin olunub. Qurumun keçmiş Baş katibi Bağdad Amrayev isə yeni yaradılan Türk İnvesitiya Fonduna sədr təyin edilib.

pia.az


Etiket: TDT Şuşa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar