Cümə axşamı, 30 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Barselona”nın sabiq vitse-prezidenti: “Azərbaycana futbolun baza strukturu lazımdır” 

İspaniyanın “Barselona” klubunun sabiq vitse-prezidenti Emili Rousonun “Report”a müsahibəsi

- Əvvəlcə səfərlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı. Özünüzü Bakıda necə hiss edirsiniz?

- Bu, Bakıya ikinci səfərimdir. Çox gözəl şəhərdir. İnsanları istiqanlı və qonaqpərvərdir. Burada olduğum üçün şadam.

- İlk səfəriniz nə vaxt olmuşdu və nə ilə bağlı idi?

- Birinci səfərim ötən ilin dekabrında Azərbaycanda investisiya proqramlarının inkişafı ilə əlaqədar gerçəkləşmişdi. Azad olunmuş ərazilərə investisiya yatırmaqla bağlı idi.

- Azərbaycan futbolu deyəndə gözünüzün önündə nə canlanır?

- Azərbaycan futbolu dünyada elə də tanınmır. Futbolçunun yüksək kompetensiyası olmalıdır ki, öz səviyyəsini qaldırsın.

- 1990-cı illərdə İspaniyada Vəli Qasımov adlı azərbaycanlı futbolçu çıxış edib. Onu tanıyırsınız?

- Bəli, elə bir futbolçu yadımdadır. Adlar çox olmadığı üçün tək-tük oyunçular tanış gəlir. Səhv etmirəmsə, “Betis”də də çıxış edib.

- Bəs, İspaniya Sequndasında çıxış etmiş, hazırda isə “Neftçi”nin formasını geyinən Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov sizə tanışdır?

- Aşağı liqaları izləmədiyim üçün onu tanımıram.

- Sizcə, hər hansı azərbaycanlı futbolçunun "Barselona" formasını geyinməsi xəyalının gerçəkləşməsi üçün nə lazımdır?

- “Barselona” hər zaman bütün dünyada istedad axtaracaq. Bu cür oyunçuları seçib öz akademiyasına cəlb etmək üçün hər yola əl atacaq. Bizdə xüsusi skautlar var ki, sırf bu istiqamət üzrə çalışırlar. Həmin uşaqlar gələcəkdə bizim komandamızda oynayırlar. Azərbaycana futbolun baza strukturu lazımdır.

- “Barselona” akademiyasında sırf Qafqaz regionu üzrə skautlar varmı?

- Əlbəttə, var. “Barselona” çox qəliz struktura malik komandadır. Götürdükləri futbolçunun yaşı mütləq 12-dən çox olmamalıdır.

- La Masiyanın özəlliyini bir cümlə ilə necə ifadə edə bilərsiniz?

- La Masiyanın özünəməxsus infrastrukturu var və futbolçuları buna uyğun inkişaf etdirir. Həmçinin “Barselona”nın özünə aid olan digər akademiyaları da var. Düzdür, onlar La Masiya kimi fəaliyyət göstərmirlər.

- Azərbaycan futbolu dünyada elə çox tanınmasa da, “Qarabağ” klubu avrokuboklarda öz adından söz etdirə bilib. Hətta 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələrində Madrid “Atletiko”su ilə hər iki oyunda heç-heçə nail olmuşdu. Yəqin ki, bu komandanı tanıyırsınız...

- Bilirəm ki, “Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridir. Ağdamı təmsil etsələr də, ev oyunlarını Bakıda keçirirlər. Yaxşı oyunçularının olmasından xəbərdaram.

- Vaxtilə Madrid “Atletiko”su ilə əməkdaşlıq çərçivəsində klubun formasında “Land of fire Azerbaijan” sözləri yer almışdı. Bu barədə nə deyə bilərsiniz?

- “Atletiko” İspaniyanın 3-cü klubudur. Yaxşı akademiyaları var. Mənim üçün “Barselona” və “Real Madrid”lə digər ispan klubları arasında bir fərq var: bu iki komandanın sahibi yoxdur. İnsanların klubudur. Bütün dünyaya açıqdırlar. Lionel Messi “Barselona”ya gələndə ona inkişaf hormonu çatışmazlığı diaqnozu qoyulmuşdu. Klub onun böyüyəcəyini bilməyə-bilməyə müalicəsinə pul ayırdı.

- Amma Messi ona bu qədər fədəkarlıq edən “Barselona”nı Fransa PSJ-sinə dəyişdi. Yəni, pulu seçdi...

- Xeyr, pulu seçmədi. Onun agenti öz atasıdır. Messi “Barselona”dan öz xoşu ilə getmədi. Komandanı ağlaya-ağlaya tərk etdi.

- Argentinalı hücumçuya yad planetdən gəlmiş oyunçu deyirlər. Doğrudanmı belədir?

- Çox fərqli oyunçudur. O, futbolla yaşayan insandır. Titul Messi üçün olduqca vacibdir. Mənə elə gəlir ki, superqəhrəmandır. Onunla yaxşı münasibətim var. Ünsiyyətcil deyil, çox az danışır. Böyük futbolçudur. Düşünürəm ki, uzun müddət onun kimi oyunçu yetişməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Gənclər və İdman İdarəsinin rəisi saxlanıldı - İcra başçısının müavininin qohumudur

Aygün Kazımovanı Rəsul Quliyevlə nə bağlayır? - Xalq artisti barədə bilmədiklərimiz

Vidadi Muradovun həyat yoldaşı 30 milyonluq əmlakın qaytarılmasını istəyir

Ərdoğanla ABŞ Prezidenti arasında görüş başa çatıb - Yenilənib

Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib - Yenilənib

Emmanuel, məni diqqətlə dinlə! - Putinlə Makron arasında telefon danışığının stenoqramı yayıldı

Azərbaycanda 24 yaşlı gənc icra başçısı olmaq üçün Prezidentə ərizə yazıb - Amma aldığı cavabdab heç də məmnun deyil...

Əli Həsənovun əlindən alınan əmlakı bu quruma verildi

Azərbaycan və Türkmənistan Prezidentlərinin görüşü olub - Yenilənib

Prezident İlham Əliyev Aşqabadda Vladimir Putinlə görüşüb - Yenilənib

Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub - Yenilənib

Ən çox oxunanalar