Toqquşma nəticəsində 70 sərnişin xəsarət alıb…
PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Barselonada Montcada i Reixac stansiyasında iki qatar toqquşub.
Məlumata görə qəza səhər saatlarında baş verib. İki qatarın toqquşması nəticəsində 70 sərnişin xəsarət alıb. Hadisə yerinə 18 texnika göndərilib.
Qəzadan sonra stansiyadan hər iki istiqamətə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
pia.az