“Barselona”nın cinah oyunçusu Usman Dembele komandanın bu səhərki məşqinə gəlməyib. Fransız mədəsində narahatlıq olduğunu bildirib.
Lakin yerli mətbuatın məlumatına görə, klub Dembeleyə inanmır və onu cərimələməyə hazırlaşır. “Barsa” rəhbərliyi hesab edir ki, futbolçunun davranışı onun müqaviləsi ətrafında yaranmış vəziyyətlə bağlıdır.
Xatırladaq ki, Dembele “Barselona” ilə yayda başa çatan müqaviləsini klubun təklif etdiyi şərtlər qane etmədiyi üçün uzatmaqdan imtina edib. Katalonların baş məşqçisi Xavi bildirib ki, ya Dembele müqaviləni uzadacaq, ya da onu satmaq lazım gələcək.
Qeyd edək ki, futbolçu bu gün La Liqada “Alaves”lə səfər matçında da heyətə daxil edilməyib.
pia.az